Hollivud filmində böyük yanlışlıq: Nizami Gəncəvi ilə bağlı səhv düzəldiləcək? (VİDEO)
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı rejissor Co Karnahanın "Not Without Hope" ("Ümidsiz olma") adlı filminin yayımlanan treylerində texniki səhvə yol verilib.
Bu barədə Baku TV-nin "24 saat" verilişində məlumat verilib.
Qeyd edilib ki, filmin treylerində dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat yer alıb. Lakin məsələ burasındadır ki, əsərdən ingiliscə sitat gətirilsə də, şairin adı düzgün yazılmayıb.
"Filmi hazırlayanlar ədibin adını Nizami Gəncəvi deyil, İzami Gəncəvi kimi qeyd ediblər. Texniki yanlışlığın filmin yekun versiyasında aradan qaldırılıb-qaldırılmayacağı isə hələ ki məlum deyil", deyə əlavə edilib.
Qeyd edək ki, film dram və triller janrlarında çəkilib, real hadisələrə əsaslanır. Ekran işi okeanda baş verən faciədən sonra həyat uğrunda mübarizə aparan insanların hekayəsindən bəhs edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Yanvar 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















