Alimlər: Sosial şəbəkələr tənhalığı artırır
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baylor Universitetində çalışan amerikalı alimlər paradoksal nəticəyə gəliblər: insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, özlərini o qədər tənha hiss edirlər.
“Report” xəbər verir ki, bu barədə araşdırma “Personity and Social Psychology Bulletin” (PSPB) elmi jurnalında dərc olunub.
Alimlər qrupu rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində 7 000-ə yaxın niderlandlının məlumatlarını təhlil ediblər.
Nəticələrdən məlum olub ki, sosial şəbəkələrdən həm aktiv, həm də passiv şəkildə istifadə tənhalığı artırır.
Mütəxəssislərin fikrincə, onlayn qarşılıqlı əlaqə sosial ehtiyacları ödəmək üçün zəruri olan üz-üzə ünsiyyəti əvəz edə bilməz.
Tədqiqat psixi sağlamlıq üçün üz-üzə qarşılıqlı əlaqənin əhəmiyyətini və rəqəmsal vərdişlərin təsirinin daha çox öyrənilməsinin zəruriliyini vurğulayır.
Baxış sayı:140
Bu xəbər 09 Fevral 2025 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















