Icma.az
close
up
RU
Alimlər ürək bərpası üçün xüsusi “plastirlər” hazırladı

Alimlər ürək bərpası üçün xüsusi “plastirlər” hazırladı

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də aparılan yeni araşdırma ürək xəstəliklərinin müalicəsində inqilabi addım sayıla biləcək üsulu ortaya çıxarıb.

Redaktor.az xarici mediaya istinadala xəbər verir ki, Harvard Universitetinin alimləri xəstənin özündən əldə edilən kök hüceyrələrdən yetişdirilmiş ürək əzələ hüceyrələrinin təhlükəsiz şəkildə ürəyə köçürülməsi üçün xüsusi “öz-özünə yığılan” peptid əsaslı bərpa plastirləri hazırlayıblar. 

Məlumdur ki, infarkt və ürək çatışmazlığından sonra ürək toxumasının bərpası üçün kök hüceyrələr ümidverici üsullardan sayılır. Lakin ən böyük risklərdən biri aritmiyadır: köçürülmüş hüceyrələr bəzən ürəyin ritmi ilə sinxron işləmədiyinə görə təhlükəli vəziyyət yaradır.

Harvard alimlərinin yeni yanaşması ilk dəfə olaraq bu problemin dəqiq monitorinqinə imkan verib. Belə ki, komanda “kiborg-organoidlər” adlanan, hüceyrə daxilinə yerləşdirilmiş çevik nanoelektronika ilə təchiz edilmiş 3D strukturlar yaradıb. Bu sistem transplante edilmiş hüceyrələrin elektrik aktivliyini ürəyin güclü siqnallarından ayırmağa və hansı hüceyrələrin ritmdən kənara çıxdığını real vaxtda göstərməyə imkan verib.

Araşdırmalar zamanı ən effektiv nəticə RADA16 adlı peptidlə əldə edilib. Bu maddə tibbdə artıq qanaxmanı dayandıran vasitə kimi istifadə olunur. Peptid ürək toxumasını xatırladan nazik lifli bir karkas yaradır və hüceyrələrin daha səliqəli, təşkil olunmuş struktur formalaşdırmasına kömək edir.

Nəticələr göstərib ki, RADA16 ilə hazırlanmış hüceyrələr ürəyə köçürüldükdə: Ürək toxuması ilə daha yaxşı elektrik əlaqəsi yaradır, ürəyin ritminə daha sinxron şəkildə qoşulur, aritmiya riski minimuma enir.

Peptidsiz transplantasiyalarda isə hüceyrələr tez-tez özünəməxsus, ürəkdən asılı olmayan ritm yaradırdı ki, bu da təhlükəli aritmiyalara səbəb olurdu.

Alimlərin sözlərinə görə, bu yanaşma regenerativ tibb sahəsində təhlükəsizlik və effektivlik baxımından yeni imkanlar açır. Ürək ritm pozuntuları hələ də klinik tətbiqin qarşısını alan əsas maneə olduğundan, yeni “plastir texnologiyası” gələcək ürək müalicələrində ciddi irəliləyiş ola bilər.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri