Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Alimlər virus kimi davranan yeni mikrob tapdı

Alimlər virus kimi davranan yeni mikrob tapdı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ-ın Minnesota və Yaponiyanın Tsukuba universitetlərinin alimləri virusabənzər həyat tərzi sürən yeni mikrob - Sukunaarchaeum adlı arxeya aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "bioRxiv" platformasında dərc olunub.

Yeni orqanizm adını Yaponiyanın boyca kiçik tanrısı Sukuna şərəfinə alıb. Bu mikrob okeanlarda geniş yayılmış Citharistes regius adlı dəniz dinoflagellatının hüceyrəsində yaşayır və ondan tam asılıdır. Alimlərə görə, bu arxeya son dərəcə sadələşdirilmiş genom quruluşuna malikdir.

Mikrobun genomu cəmi 238 min cüt əsasdan ibarətdir ki, bu da E. coli bakteriyasının genomunun 5 faizindən də azdır. Sukunaarchaeumun 189 geninin böyük əksəriyyəti yalnız onun DNT-sinin təkrarlanması (replikasiya), köçürülməsi (transkripsiya) və tərcüməsi (translyasiya) üçün cavabdehdir. Qalan bütün həyati funksiyalar isə ehtimal ki, ev sahibi orqanizmdən "borc alınır".

"Bu mikrob demək olar ki, tanınan heç bir metabolik yola sahib deyil. O, hətta həyati vacib molekullar - amin turşuları və nukleotidlər kimi maddələri də sintez edə bilmir", deyə tədqiqatın müəlliflərindən biri, təkamül mikrobioloqu Takuro Nakayama bildirib.

Nakayamanın sözlərinə görə, bu qədər yüksək asılılıq və hüceyrə aparatından istifadə onu viruslara çox yaxınlaşdırır - baxmayaraq ki, Sukunaarchaeum öz genetik materialını müstəqil şəkildə kopyalaya bilir.

Mikrob təsadüfən aşkar edilib: alimlər dinoflagellat və onunla birgə yaşayan sianobakteriyaların DNT-sini sekvenləşdirərkən, əvvəlcə artefakt (yanlışlıq) hesab etdikləri qəribə halqavari DNT tapıblar. Lakin təkrar analizlər bu genetik materialın əvvəllər elmə məlum olmayan, müstəqil bir orqanizmə aid olduğunu təsdiqləyib.

Bundan əlavə, oxşar genetik ardıcıllıqlar dünyanın müxtəlif dəniz nümunələrində də tapılıb. Bu isə alimlərə, təkcə bir qəribə mikroorqanizmin deyil, arxeyaların yeni bir qolunun aşkar edildiyini düşünməyə əsas verir.

Hazırda tədqiqat qrupu mikrobun mikroskop altında görüntüsünü əldə etməyə çalışır. Lakin onun ölçülərinin bir mikrondan da kiçik olması bu işi çətinləşdirir. Alimlər həmçinin, bu mikrobun ev sahibi ilə necə qarşılıqlı əlaqədə olduğunu və onun qeyri-adi zülallarının, xüsusən də iri membran strukturlarının funksiyasını araşdırmağa çalışırlar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyun 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri