Icma.az
close
up
RU
Alimlər uğurun formulunu tapdı:

Alimlər uğurun formulunu tapdı:

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uğur qazanmaq üçün hər şeyi mürəkkəbləşdirmək lazım deyil. Kanadanın Vaterloo Universitetinin alimləri apardıqları araşdırmada sadə yanaşmanın məqsədlərə çatmaqda mühüm rol oynadığını müəyyən ediblər.

Araşdırmanın nəticələri “Science Tech Daily”də dərc olunub.

Alimlərin fikrincə, insanlar seçim qarşısında qaldıqda adətən daha sadə və az resurs tələb edən variantlara üstünlük verirlər. Bunun əsas səbəbi vaxt və enerjiyə qənaət etmək istəyidir.

Sadəlik niyə daha effektivdir?

Tədqiqat göstərib ki, insanlar yalnız sadə izahları deyil, həm də sadə və aydın fəaliyyət planlarını daha effektiv hesab edirlər. Çoxsaylı və mürəkkəb səbəblərlə izah edilən yanaşmalar əvəzinə, az sayda, ümumi və yoxlanılmış səbəblərə əsaslanan izahlar daha etibarlı qəbul olunur.

Araşdırmanın aparıcı müəllifi Klaudiya Sel bildirib ki, sadəliyə üstünlük təkcə məlumatı anlamaqla bağlı deyil. Bu, insanların müəyyən nəticəyə necə nail olmağı qiymətləndirməsinə də təsir göstərir.

Başqa sözlə, nə qədər çox variant və səbəb arasında it-bata düşürüksə, qərar vermək və hərəkətə keçmək bir o qədər çətinləşə bilər.

2820 nəfər üzərində 7 eksperiment

Nəticələr yeddi ayrı eksperiment zamanı yoxlanılıb. Tədqiqatlarda ümumilikdə 2820 nəfər iştirak edib.

Eksperimentlər sadə yanaşmanın həm tapşırıqların yerinə yetirilməsinə, həm də məlumatın qəbuluna müsbət təsir göstərə bildiyini ortaya qoyub.

Alimlər hesab edirlər ki, bu prinsip gündəlik həyatda qərar qəbulundan tutmuş iş və təhsil prosesinə qədər müxtəlif sahələrdə tətbiq oluna bilər.

Yəni uğurun sirri həmişə daha çox işləmək və hər şeyi mürəkkəbləşdirmək deyil. Bəzən əsas üstünlük düzgün məqsədi seçmək, lazımsız addımları azaltmaq və sadə plana sadiq qalmaqdır.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri