Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hans Flik qarşıdakı transfer pəncərəsində komandanı gücləndirmək üçün əsas istiqamətləri müəyyənləşdirib.
İdman.Biz "El Nacional" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ilk növbədə Pau Kubarsi ilə tandem yarada biləcək mərkəz müdafiəçisi almağı vacib hesab edir.
Flik müdafiə xəttinin irəlidə qurulduğu zaman səmərəli oynaya, cinah müdafiəçiləri hücuma qoşulduqda boşalan zonaları sığortalaya və pressinqdən inamla çıxa biləcək futbolçu axtarır. Belə bir transfer məşqçiyə Jerar Martindən daha çevik istifadə etmək imkanı da verəcək.
Baş məşqçinin digər hədəfi dərhal start heyətində yer uğrunda mübarizəyə qoşula biləcək cinah müdafiəçisidir. Yeni futbolçudan müdafiədə etibarlı oyunla yanaşı, hücumlarda fəal iştirak da tələb olunacaq.
“Belə bir oyunçu Flikə seçim imkanı qazandıracaq. O, konkret matçın xüsusiyyətlərindən asılı olaraq Kanselunun hücum potensialı, Martinin universallığı və ya inkişafı üçün Farinyasa oyun vaxtı verilməsi arasında seçim edə biləcək”, - deyə nəşrdə qeyd olunur.
Xatırladaq ki, “Barselona” 12 turdan sonra 33 xalla İspaniya çempionatına liderlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 10 Noyabr 2026 04:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















