Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Alimlərin hələ də tam açıqlaya bilmədiyi təbiətin 9 heyrətamiz sirri (SİYAHI)

Alimlərin hələ də tam açıqlaya bilmədiyi təbiətin 9 heyrətamiz sirri (SİYAHI)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Təbiət sonsuz sayda sirr saxlayır ki, alimlər bu gün də onların sirlərini açmağa çalışırlar. Araşdırmaçılar bir çox sirrlə bağlı fərziyyələr irəli sürüblər, lakin bəzi təbiət hadisələri hələ də elmi izahdan kənar qalır. 

Qaynarinfo xəbər verir ki, "Business Insider" dünyanın müxtəlif yerlərindəki doqquz ən sirli təbiət hadisəsini təqdim edib.

"Əbədi alov" şəlaləsi, Nyu-York


Bu qeyri-adi təbiət hadisəsi Nyu-Yorkdakı Çestnat-Ric parkında yerləşir. Suyun axınına qarşı qayalıqda yerləşən bu alov, bəzən sönsə də, daim özü-özünə yanır.

"National Geographic" jurnalının 2024-cü ildə yaydığı məlumata görə, geoloq Cüzeppe Etiopenin fikrincə, orqanik maddələrin yüksək temperaturda parçalanması nəticəsində yaranan təbii yanar qaz yerin altından sızaraq alovu fasiləsiz şəkildə qidalandırır. Bu hadisənin özəlliyi odur ki, qazın çıxdığı mənbə olduqca soyuqdur.

Tədqiqatçı Arndt Şimmelmann bildirib: "Təbii qazın yaranması ilə bağlı ənənəvi nəzəriyyəyə görə, onu yaratmaq üçün yüksək temperatur lazımdır. Lakin burada torpaq heç vaxt o qədər qızmayıb".

Bəzi alimlər alovu alovlandıran katalizatorun "dəmir" və ya "nikel" kimi minerallar ola biləcəyini düşünür.

Avropa ilanbalıqları və Sargasso dənizi


Danimarkalı bioloq Yoxannes Şmidt avropa ilanbalıqlarının minlərlə mil qət edərək Sargasso dənizinə çatdıqlarını, burada çoxalma ehtimalı olduğunu müəyyən edib. Bu fakt artıq yüz ildən çoxdur ki, məlumdur, lakin bu balıqların hansı marşrutla hərəkət etdikləri, necə istiqamət tutduqları və nə qədər sürətlə hərəkət etdikləri hələ də bilinmir.

2022-ci ildə dərc olunan araşdırma nəticəsində müəyyən edilib ki, böyümüş ilanbalıqları doğrudan da Sargasso dənizinə köç edirlər. Lakin illərlə davam edən araşdırmalara baxmayaraq, nə balıq kürüsünə, nə də yetkin balıqlara dənizin özündə rast gəlinməyib. Bu da onların orada çoxalması ilə bağlı fərziyyələri sual altına alır.

Savonoski krateri, Alyaska


Alyaskanın cənub-qərbindəki Katmay milli parkında yerləşən bu krater ideal dairəvi forması ilə daha çox insan əli ilə yaradılmış kimi görünür. Eni 500 metrdən çox, dərinliyi isə 30 metrə yaxındır.

1960-70-ci illərdə bu ərazidə tədqiqat aparan alimlər, kraterin meteoritin düşməsi nəticəsində yaranmış ola biləcəyini düşündülər. Lakin buzlaqların çəkilməsi nəticəsində təsdiqedici sübutların itmiş olması mümkündür.

Digər nəzəriyyəyə görə, bu krater "maar" adlı vulkanik partlayış nəticəsində də formalaşa bilər. Belə ki, maqma yeraltı sularla qarşılaşdıqda buxar partlayışı baş verərək torpaqda iri çuxur yarada bilər.

"Oxuyan qum", Çin


Bu ərazidə qum təpələrindən aşağı sürüşən qumun yaratdığı titrəşimli, aşağı tonlu səslər bəzən o qədər yüksək olur ki, 10 kilometrlərlə uzaqdan eşidilir. 

Tədqiqatçılar bu fenomenin baş verməsi üçün qumun ölçüsü, forması və tərkibindəki silisiumun müəyyən səviyyədə olması lazım olduğunu bildiriblər.

Lakin bu qum səslərinin necə musiqi sədaları kimi eşidildiyi hələ də aydın deyil.

"Pəri dairələri", Namib səhrası


Cənubi Afrikanın Namib səhrasında yerləşən və yaşıl ot örtüyü arasında çılpaq halqalar şəklində görünən sahələr "pəri dairələri” adlandırılır.

Bəzi alimlər hesab edirlər ki, bu yerlərdə termitlər bitkiləri yeyərək torpaqda dəliklər açır, nəticədə getdikcə böyüyən halqalar yaranır. Lakin 2022-ci ildə aparılmış bir araşdırmada, öyrənilən dairələrdə heç bir həşərat izinə rast gəlinməyib.

Başqa bir nəzəriyyəyə əsasən, bu dairələr yeraltı suyun otlaqlara yönəldilməsi üçün bitkilərin özünü qurban verdiyi ekohidroloji geribildirim nəticəsində yaranır. Digərləri isə bu cür dairələrin yaranmasında mikrobların rolu ola biləcəyini irəli sürür.

"Şeytan çuxuru", Minnesota


Burada suyun bir hissəsi şəlalədən düşdükdən sonra böyük bir çuxura axır və daha sonra hara yox olduğu bilinmir. Bəziləri suyun yerin altı ilə Kanadaya və ya Yuxarı gölə doğru axdığını ehtimal edirdilər.

Lakin 2017-ci ildə hidrologlar suyun şəlalədən əvvəl və sonra ölçüsünü müqayisə etdilər və demək olar ki, bərabər olduğunu müəyyən etdilər. Yəni su əslində itmirdi, sadəcə, şəlalənin aşağı hissəsində çaya qayıdırdı.

Bu səbəbdən suyun dəqiq hansı yolla dövr etdiyi hələ də aydın deyil.

Zəlzələ işıqları, Meksika


2021-ci ildə Akapulkoya yaxın ərazidə baş verən 7,0 bal gücündə zəlzələ zamanı Meksikoda göydə mavi işıqlar görünüb. Bu işıqlar ildırım kimi göy üzünü işıqlandırıb.

Zəlzələ işıqları əsrlər boyu qeydə alınsa da, bütün alimlər bu fenomenin real olduğuna inanmır. Bəziləri bunun enerji xətlərinin sıradan çıxması və ya şimşək nəticəsində baş verdiyini düşünür.

Digər alimlər isə bu işıqların zəlzələdən əvvəl meydana çıxaraq xəbərdarlıq siqnalı kimi istifadə edilə biləcəyini araşdırırlar.

Hilier gölü, Avstraliya


Qərbi Avstraliya sahillərində yerləşən Hilier gölü parlaq çəhrayı rəngi ilə diqqət çəkir. Bioloqlar gölün bu rəngə boyanmasının piqment istehsal edən mikroorqanizmlərlə əlaqəli ola biləcəyini düşünürlər.

2022-ci ildə aparılan araşdırma nəticəsində göldə müxtəlif bakteriya, virus və yosunların olduğu aşkar edilib. Bəziləri bənövşəyi kükürd, digərləri isə qırmızı-narıncı piqmentlər ifraz edir. Bütün bunların birləşməsi gölün çəhrayı rəng almasına səbəb ola bilər.

"Foss Diyon" bulağı, Fransa


Fransanın Tonner şəhərində yerləşən bu bulaq havaya və digər amillərə bağlı olaraq yaşıl, mavi və ya qəhvəyi rəng alır. Yerli əfsanələrə görə, bir zamanlar burada əfsanəvi bir vəsilik yaşayırmış.

Bulağın cəmi bir neçə yüz metr uzunluğundakı hissəsi öyrənilib, lakin marşrut boyunca batmış mağaranı araşdırmağa çalışan dalğıclar həyatlarını itiriblər. 2019-cu ildə peşəkar dalğıc Pyer-Erik Desen mağaranın araşdırılmamış hissələrinə çatsa da, bulağın dəqiq çıxış nöqtəsini tapa bilməyib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see392

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri