Icma.az
close
up
RU
Alınan malları necə geri qaytarmaq olar?

Alınan malları necə geri qaytarmaq olar?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda istehlakçıları maraqlandıran ən aktual məsələlərdən biri də malların dəyişdirilməsi və qaytarılması zamanı sahib olduqları hüquqlarla bağlıdır. Bir çox hallarda istehlakçılar 14 gün ərzində aldıqları malları qaytara biləcəklərini düşünürlər. Lakin burada nəzərə alınmalı olan bir sıra məsələlər var. Belə ki, qida və qeyri-qida malı olmasından asılı olaraq, malların qaytarılması və dəyişdirilməsinə tələblər də fərqlidir. Qaytarılma və ya dəyişdirmə zamanı məhsulun lazımi keyfiyyətli mal yoxsa qüsurlu mal olması da böyük əhəmiyyət kəsb edir.

Bundan əlavə, "bütün mallar dəyişdirilə və ya qaytarıla bilərmi?" sualı da çox vaxt istehlakçılarda çaşqınlıq yaradır. Malı dəyişdirməyi tələb etmədən birbaşa qaytarmaq olarmı? Bu kimi suallara aydınlıq gətirmək üçün qanunvericilikdə müəyyən edilən müddəalara nəzər yetirək.

Lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsi

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsinə dair müddəalar təsbit olunub. Qanuna əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var.

Malın alınma günü sayılmamaq şərti ilə, istehlakçı 14 gün ərzində onu lazımi keyfiyyətli mala dəyişdirə bilər. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal dəyişdirilərkən istifadə olunmamış olmasına diqqət yetirilməlidir. Yəni, malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlanılmalıdır. Malın alınmasına dair kassa qəbzi və digər sənədlər mövcuddursa, bu halda mal dəyişdirilə bilər.

Göründüyü kimi, qanunvericilik ilk növbədə lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsi ilə bağlı tələbləri müəyyən edir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı malın qaytarılmasını tələb edə bilər.  Malın istifadə olunmamasına və təsdiqedici sənədlərin təqdim edilməsinə olan tələblər malın dəyişdirilməsində olduğu kimi, qaytarılmasına da şamil olunur.

Lakin bəzi mallar var ki, onlar dəyişdirilmir. Dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.1998-ci il tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin siyahıya aşağıdakılar daxildir:

1. Qızıl və qızıl məmulatları

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar

3. Bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)

4. Parfümer-kosmetika malları

5. Kişi, qadın və uşaq çimərlik paltarları

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları

7. Məişət-kimyası malları

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)

9. Uşaq oyuncaqları

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları

11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

Qüsurlu mal əldə etdikdə istehlakçının hüquqları

Qüsurlu mal əldə etdikdə istehlakçıların hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında təsbit olunub.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda "qüsur" və "mühüm qüsur" anlayışları fərqləndirilir.

"Qüsur" dedikdə, malın, işin, xidmətin normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal, iş, xidmət haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür.

"Mühüm qüsur" isə maldan, işdən, xidmətdən onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün daha çox əmək və vaxt tələb edən, aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurdur.

Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsi bağlanarkən istehlakçı əşyanı almasının konkret məqsədlərini satıcıya bildiribsə, satıcı ona uyğun əşya verməlidir. Əşyanı nümunə və təsvirə əsasən satarkən satıcı həmin nümunə və təsvirə uyğun gələn əşyanı verməyə borcludur.

İstehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, qüsurlu malı lazımi keyfiyyətli mala dəyişdirə bilər; satıcıdan satış qiymətini uyğun məbləğdə azaltmağı tələb edə bilər; malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün çəkilən xərclərin əvəzinin ödənilməsini tələb edə bilər; malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini istəyə bilər; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməli və istehlakçının yuxarıda göstərilən tələblərindən birini yerinə yetirməlidir.

İstehlakçının tələbinə o halda baxılır ki, malın qəbzi və ya kassa çeki qarşı tərəfə təqdim edilmiş olsun. Zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edilməlidir. Zəmanət müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır.

İstehlakçının malı dəyişdirmək tələbi satışda uyğun mal olduqda dərhal yerinə yetirilməlidir. Zərurət yaranarsa, malın keyfiyyəti 14 gün müddətində yoxlanılmalı və tərəflər arasında razılaşdırılmış müddət ərzində mal dəyişdirilməlidir. Satışda uyğun mal yoxdursa, istehlakçının malı dəyişdirmək tələbi 2 ay müddətində yerinə yetirilməlidir.

Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, lakin başqa modelli mala dəyişdirilərkən qiymətlər dəyişərsə, malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablama aparılmalıdır.

İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb etdiyi halda, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.

Əgər satıcı maldakı qüsurun istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının yuxarıda sadalanan tələbləri təmin olunmamalıdır.

Əşya üçün zəmanət müddəti müəyyənləşdirilməyibsə, alıcı qüsurlarla bağlı tələbləri əşyanın alındığı gündən 2 il ərzində irəli sürə bilər.

Əgər zəmanət müddəti 2 ildən azdırsa və alıcı qüsurları zəmanət müddəti bitəndən sonra, lakin 2 il ərzində aşkar edərsə və bu qüsurların satıcıya aid olduğunu sübuta yetirərsə, bu zaman satıcı məsuliyyət daşıyır.

Elşən Cəfərov - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:303
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Mart 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see340

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see310

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see280

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see217

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see210

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see200

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see196

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see187

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see179

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see162

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see157

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see155

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see154

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see151

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see141

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri