Icma.az
close
up
RU
Alkoqol aludəçiliyi: necə xilas olmalı?

Alkoqol aludəçiliyi: necə xilas olmalı?

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Bu günün qeyd edilməsində məqsəd alkoqolizmin cəmiyyət üçün ciddi problem olduğuna diqqət çəkmək və bu problemə həll yolları tapmaqdır. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 3,5 milyon insan alkoqoldan yaranmış xəstəliklər səbəblərindən ölür.

Hazırda mövcud olan 200-dən çox xəstəliyin yaranmasının səbəbi spirtli içkilərə həddən artıq aludəçilikdir. Müntəzəm olaraq spirtli içki içən kişilərin təxminən hər 3 nəfərindən biri impotensiyadan əziyyət çəkir, hər üç qadından birində reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqolun istifadəsi ilə əlaqədardır.

Spirtli içki istehlakına görə dünyada lider ölkə Rumıniyadır. Bu ölkədə hər yetkin şəxs ildə 17 litrdən çox spirtli içki qəbul edir. Adambaşına spirtli içkilərin istehlakına görə Rumıniyadan sonra Gürcüstan (15,5 litr), Latviya (14,7 litr), Moldova (14,1 litr), Çexiya (13,7 litr), Belarus (11,4 litr) qərarlaşıb.

Spirt qoxulu, uçan, yanan, rəngsiz mayedir, C2H5OH, etanol, etil spirtdən ibarət içkidir. Alkoqol bədənimizdəki bütün orqanlara dağıdıcı təsir göstərir. Qaraciyərdən ağciyərlərə, ürəkdən beyinə qədər bütün orqan və sistemlərə ciddi ziyan vuran spirt orqanizmə qəbul edildikdən 3 dəqiqə sonra bütün hüceyrələrə çatır və dağıdıcı təsir göstərməyə başlayır. Alkoqol bədəndəki suyun miqdarını azaldır. Bədənin susuzlaşması səsə, danışmağa və oxumağa mənfi təsir göstərir. Alkoqol istifadəsi öskürəyə, səsin xırıltısına və batmasına səbəb olur. Onun istehlakı artdıqca damarların daralmasına səbəb olur.

Spirtli içkilərdən istifadə edən insanın yuxu rejimi və yuxu keyfiyyəti pisləşir. Alkoqol istifadəsi tez-tez oyanmağa və dərin yuxuya gedə bilməməyə səbəb olur. Alkoqol ağızda quruluğa, ağız qoxusuna, dad hisslərinin pisləşməsinə, ağız boşluğunda infeksiyalara və diş əti xəstəliklərinə səbəb olur. Alkoqol ürəkdə aritmiya, ürək çatışmazlığına səbəb olur.

Alkoqol müxtəlif mədə və həzm pozğunluqlarının əsas səbəblərindən biridir. Uzun müddətdə qastrit, xora və mədə iltihabına səbəb olur. Alkoqol qaraciyərə zəhərli təsir göstərir. Qaraciyər hüceyrələri spirtdən zədələnir və struktur dəyişikliklərinə məruz qalır. Alkoqolla əlaqəli qaraciyər xəstəlikləri, qaraciyərin yağlanmasına, hepatitə və nəticədə serroza səbəb olur.

Spirtli içkilərdən istifadə edənlərin vərəmə tutulma ehtimalı 28 dəfə çoxdur. Hamilələrin alkoqol qəbul etməsi körpənin beyin və ürəyinin inkişafına zərər verir. Körpədə böyümənin geriləməsi, beyin və sinir sisteminin zədələnməsi kimi anadangəlmə qüsurlara səbəb ola bilər. Alkoqol dölə hər mərhələdə mənfi təsir edir, lakin xüsusilə ilk aylarda çox daha ciddi zərər verir. Alkoqol beyin funksiyalarına mənfi təsir göstərir, təfəkkür, qərar vermə və hərəkət etmə qabiliyyətini pozur. Alkoqol istifadəsi kişilərdə cinsi gücü azaldır.

Keyfiyyətsiz və ya texniki spirtdən hazırlanmış alkoqolun zəhərlənmələrə səbəb olması ilə bağlı tez-tez mətbuatda xəbərlər yayımlanır. Saxta alkoqol çox təhlükəlidir və qısa müddətdə ağır fəsadlara, hətta ölümə belə səbəb ola bilir. Onun tərkibinə etil spirti yerinə metil spirti qatırlar, bəzən də texniki spirt və ya başqa qatqılar olur. Nəticədə güclü baş ağrısı, ürəkbulanma, qusma, qarın ağrıları, başgicəllənmə, halsızlıq, görmə pozuntuları, bulanıq görmə, tam korluq, qan təzyiqinin düşməsi, huşun itməsi, qıcolmalar, koma, qaraciyər və böyrəklərin sıradan çıxması, mərkəzi sinir sisteminin zədələnməsi, ürək-damar problemləri və ölüm halları baş verə bilər. Metil spirti bədəndə parçalanarkən formaldehid və qarışqa turşusu əmələ gətirir, bunlar da hüceyrələri zəhərləyir. Cəmi 30 ml metil spirti ölümcül ola bilər, 10 ml-si isə insanı tamamilə kor edə bilər.

Bəs alkoqoluun saxta olduğunu necə anlamaq olar? Ən birinci yolu çox ucuz təklif edilməsidir. Maya dəyərindən aşağı təklif edilirsə almadan öncə düşünün. Saxta içkilərdə qablaşdırma, yazılar, loqotip də keyfiyyətsiz olur. Vergi nişanının olmaması, bulanıq və ya keyfiyyətsiz görüntüdə olması da şübhəli vəziyyətdir. Saxta içkilər tərkibindəki metildən dolayı daha sərt, kimyəvi qoxu verir, dadı da daha sərt olur. Əgər orijinal deyilsə çöküntülü və bulanıq olur.

Alkoqollu içkilər zərərdir, ən yaxşısı ümumiyyətlə qəbul etməməkdir. Amma əgər qəbul etmisinizsə, içikinin saxta olmağından və zəhərlənməyinizdən şübhələnirsinizsə o zaman təcili yardım gələnədək özünüzə ilk yardım edin. Qusursunuzsa, ayaqişləmə və sancı varsa, bulanıq görürsünüzsə, tərləyib titrədirsinizsə, huşunuzu itirəcək qədər halsızsınızsa deməli zəhərlənmisiniz. Qusmağa çalışın, ayıqsınızsa maye qəbul edin, amma huşunu itirən adama bunu etmək təhlükəlidir. Bol maye zəhərin bədəndən xaric olmasına kömək edir. Aktiv kömür için, ən az 4-6 ədəd. Bədən temperaturunuz aşağı düşürsə özünüzü isti bir yorğanla bükün. Digər müdaxilələr xəstəxana şəraitində və peşəkarlıar tərəfindən aparılacaq. Unutmayın, saxta içkilərdən sığortalanmağın ən etibarlı yolu ümumiyyətlə alkoqollu içkilərdən istifadə etməməkdir. Bu həm səhhətinizə, həm də büdcənizə faydalıdır.

Alkoqolu tərgitmək məsələsinə gəlincə, bu iradədən asılıdır. İçki içməyi dayandırmaq qərarına gəlmək ilk zəruri addımdır, lakin bunu necə edəcəyini bilməyənlər çoxdur. Əvvəlcə günlük, sonra həftəlik alkoqol miqdarını azaldın. Qarşınıza məqsəd qoyun, bu, prosesi daha asan edəcək. Məsələn, bəlli bir gün təyin edin, yalnız həmin gün özünüzə müəyyən miqdarda spirtli içkiyə icazə verin. O gün gələnədək iradəli olmağa çalışın, iradənizi idarəı edə bildiyiniz zamanlar özünüzə mükafat təyin edin, uğurunuzu qeyd edin. Alkoqol asılılığını təkbaşına dəf edə bilmirsinizsə bunun üçün xüsusi reabilitasiya mərkəzlərinin dəstəyindən istifadə edin. Bu prosessə alkoqollu içkilərin olduğu mühitlərdən uzaqlaşın, alkoqol istifadəçisi dostlarla ünsiyyəti minimuma endirin. Stressli vəziyyətlərdən qaçın, çünki stress sizin asılılığınızı oyandıra, yenidən alkoqola meylləndirə bilər.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see422

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see320

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see306

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see304

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see297

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see279

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see275

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see275

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see273

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see268

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see263

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see261

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see254

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see251

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see243

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see238

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see233

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see229

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see215

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri