Ziyarət etməyə dəyər Avropada unudulmuş 5 şəhər
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropanın Paris, Dubrovnik, Florensiya və Münhen kimi məşhur şəhərləri hər il milyonlarla turist qəbul edir. Lakin turist sıxlığı və yüksək qiymətlər səyahətçiləri daha sakit, münasib və az tanınan istiqamətlər axtarmağa vadar edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Travel Off Path turizm portalının eksperti Vinisius Kosta Avropada hələ də turistlərin böyük marağına səbəb olmayan, lakin tarixi və memarlıq gözəlliyi ilə seçilən beş şəhərin adını açıqlayıb.
Ekspertin sözlərinə görə, Avropanın məşhur turizm mərkəzlərində izdiham, həddindən artıq yüksək qiymətlər və tarixi ərazilərin kommersiyalaşdırılması həmin şəhərlərin əvvəlki cazibəsini azaldır.
O bildirib ki, az tanınan şəhərlər turistlərə qədim Avropanın ab-havasını hiss etmək, orta əsr memarlığını yaxından görmək və daha sakit istirahət etmək imkanı yaradır.
İspaniya – Kaseresİspaniyanın Estremadura bölgəsində yerləşən Kaseres şəhəri Xorvatiyanın məşhur Dubrovnik şəhərinə alternativ hesab olunur.
Bura hətta "materik Dubrovniki" də adlandırılır. Məşhur "Taxt-tac oyunları" serialında Kral Limanını əks etdirən bəzi səhnələr bu şəhərdə çəkilib.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Kaseres qədim memarlığı ilə diqqət çəkir. Burada Roma dövrünə aid xarabalıqları, mavrların müdafiə qüllələrini, qotik kilsələri və İntibah dövrünün tikililərini görmək mümkündür.
Şəhərə turist marağı da artır. 2026-cı ilin yanvar-avqust aylarında turist axını əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz yüksəlib.
Fransa – TruaParisin izdihamından uzaqlaşmaq istəyənlər üçün Fransanın şərqində yerləşən Trua şəhəri maraqlı seçimdir.
Fransız turistlər arasında tanınmasına baxmayaraq, xarici səyahətçilər bu şəhərə nisbətən az maraq göstərirlər.
Trua vaxtilə tarixi Şampan qraflığının paytaxtı olub. Şəhərdə Fransanın ən böyük orta əsr tikililəri kolleksiyalarından biri qorunub saxlanılır.
Rəngarəng taxta karkaslı evlər, dar daş küçələr və tarixi abidələr şəhərə xüsusi gözəllik verir.
Ən məşhur küçələrindən biri "Pişiklər dalanı" mənasını verən Ruelle des Chats küçəsidir.
2026-cı ilin yayında şəhərə turist axını əvvəlki illə müqayisədə 2,9 faiz azalıb. Bu da Truanın hələlik sakit turizm istiqaməti olaraq qaldığını göstərir.
Almaniyanın Polşa ilə sərhədində yerləşən Görlits şəhəri Münhenə alternativ kimi təqdim olunur.
Şəhərin maraqlı xüsusiyyətlərindən biri Polşanın Zqojelits şəhəri ilə qonşu olmasıdır. Körpüdən keçməklə bir neçə dəqiqə ərzində bir ölkədən digərinə getmək mümkündür.
Görlits İkinci Dünya müharibəsi zamanı ciddi dağıntılardan xilas olan nadir alman şəhərlərindən biridir.
Burada təxminən 4 min tarixi abidə qorunub saxlanılıb. Qotik kilsələr, İntibah dövrünə aid saraylar və modern üslublu binalar şəhərin əsas görməli yerləridir.
2026-cı ilin ilk yarısında turist axını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Polşa – TorunPolşanın Torun şəhəri turistlərin sıx üz tutduğu Krakov şəhərinə alternativ göstərilir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Torun qırmızı kərpicdən tikilmiş qotik binaları ilə məşhurdur.
Şəhərdə orta əsrlərdən qalan təxminən bir kilometrlik qala divarları, müdafiə qüllələri və qədim şəhər qapıları qorunub saxlanılıb.
Visla çayı boyunca uzanan tarixi tikililər və daş döşənmiş küçələr səyahətçilərə orta əsr Avropasının ab-havasını yaşadır.
2026-cı ildə şəhərə turist axınının əvvəlki illə müqayisədə 8,6 faiz artdığı bildirilir.
İtaliya – Leççeİtaliyanın cənubunda yerləşən Leççe şəhəri "Cənubun Florensiyası" adlandırılır.
Şəhər xüsusilə barokko üslubunda tikilmiş tarixi binaları, bal rəngli əhəngdaşından hazırlanmış fasadları və kiçik meydanları ilə seçilir.
Burada ailə restoranları, qədim küçələr və tarixi abidələr turistlər üçün xüsusi atmosfer yaradır.
Ekspertin fikrincə, Leççe Florensiyanın memarlıq zərifliyini xatırlatsa da, daha sakit mühiti və cənub koloritinə görə fərqlənir.
2026-cı ilin yayında şəhərdə turist gecələmələrinin sayı 1,6 faiz artıb. Bununla yanaşı, turist gəlişlərində 0,6 faiz azalma qeydə alınıb.
Ekspertlər bu şəhərlərə marağın getdikcə artdığını bildirərək, onların kütləvi turizm istiqamətinə çevrilməsindən əvvəl ziyarət edilməsini tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Oktyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















