Alkoqollu içkilərlə bağlı yeni xəbər: Onlar cərimə olunacaqlar
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə ediləcəklər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Alkoqollu içkilərlə bağlı yeni cərimə olacaq
10 Dekabr 2024 13:06
Alkoqollu içkilərlə bağlı QORXUNC XƏBƏRDARLIQ
19 Fevral 2025 17:23
Alkoqollu içkilərlə bağlı qərar verildi Prezidentdən FƏRMAN
27 Yanvar 2025 17:01
Alkoqollu içkilərin qiyməti ilə bağlı yeni cərimə müəyyənləşir
04 Dekabr 2024 17:23
Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyənləşir
04 Dekabr 2024 17:16

