Icma.az
close
up
RU
Rza Pəhləvi: Xalq Trampı gözləyir, İran vurulmalıdır

Rza Pəhləvi: Xalq Trampı gözləyir, İran vurulmalıdır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“İran xalqının mübarizəsi təkcə özü üçün deyil, həm də dünyanı terrorçu rejimdən xilas etmək üçündür”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Fox News”a deyib.

Onun sözlərinə görə, güc balansını xalqın xeyrinə dəyişməyin yeganə yolu rejimin repressiya alətlərini zərərsizləşdirməkdir: “Bu, ABŞ Prezidenti Donald Trampın rejimin İran xalqına qarşı zorakılıq tətbiq etməsinin nəticələri ilə bağlı son xəbərdarlıqları çərçivəsində mümkündür. Bu rejimin dediyi sözlərin bir kəlməsinə belə inanmaq olmaz. Onlar aciz halda sadəcə vaxt udmağa çalışırlar”.

Pəhləvi Tramp administrasiyasının İranla mümkün danışıqları ehtimalı barədə qeyd edib:

“Donald Tramp dediyini yerinə yetirən və sülh tərəfdarı olan adam olduğunu sübut edib. O bilir ki, insan həyatını qorumağın ən yaxşı yolu bu qədər insanın ölümünə səbəb olmuş repressiya alətlərini aradan qaldırmaqdır. Hamımız bilirik ki, radikalizm, terrorizm, nüvə təhdidi və bu rejimin dünyaya zorla qəbul etdirdiyi bütün böhranlara son qoymağın ən yaxşı yolu bu hakimiyyətin bir zərbə ilə aradan qaldırılmasıdır.”

O əlavə edib ki, hələ də meydanda olan etirazçılar amansız rejimin qarşısında silahsızdırlar və hava dəstəyinə ehtiyac duyurlar.

Rza Pəhləvi ABŞ Prezidentinin ritorikasındakı dəyişikliklə bağlı deyib ki, bu dəyişiklik Trampın hələ nəzərdən keçirdiyi bütün variantlar barədə açıq danışmaq istəmədiyi və qərarlarını strateji mülahizələr çərçivəsində saxlamağa üstünlük verdiyini göstərə bilər:

“Azadlıq uğrunda mübarizə aparan hər kəs dəstəyə ümid edir, xüsusən də bu dəstək açıq şəkildə bəyan edilibsə. İndi insanlar onun praktiki hissəsini gözləyirlər. Tramp “yeni Obama” olmaq istəmir. İndiyədək mövcud olan inam ondan ibarətdir ki, müəyyən addımlar atılacaq, əlbəttə, ABŞ Prezidentinin bütün variantları nəzərdən keçirmək hüququ da var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri