Icma.az
close
up
RU
Allah adamı sevdikləri ilə sınayır...

Allah adamı sevdikləri ilə sınayır...

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Zakir Əliyev- 57
Onu həyatda bir neçə dəfə Sumqayıtda, şəhərin ünlü kişilərindən biri- Bəylər Əzizovun “Bakı” şadlıq sarayında görmüşəm. Deyəsən, o vaxt orada keçirilən bütün toy məclislərinin müğənnisi o olurdu. Xanəndə, əməkdar artist Zakir Əlisahib oğlu Əliyevi deyirəm. Uşaqlıqda dəhşətli dərəcədə qısqanc olub. Anası hər dəfə rayona- bazara gedəndə ona qoşulub bazara gedirdi. Təsəvvür edin, anasının kələğayısı başından sürüşüb düşəndə, az qalırdı ki, dünyanı dağıtsın. Qeyrətdən bağrı çatlayırdı. Anası onu anlayırdı, belə olduğuna görə hörmət edirdi və onun xatirinə çalışırdı ki, örpəyi başından düşməsin...
Deyir ki:- “Ailədə 8 uşaq olmuşuq. Evin ən balacası idim, elə ən çox qısqancı da mən idim. Demək olar ki, anamın dibində böyümüşəm. Rəhmətlik atam dünyasını dəyişəndən sonra qayğımızı o çəkib. Hər şeyi verən Allahdır. Bu gün heç kim gərək öyünməyə ki, ailə saxlayıram, ev dolandırıram. Anam tək başına 8 uşaq böyütdü, oxutdu, yerbəyer etdi. Vallah bunu edən Allahdır. Bizlik bir şey yoxdur. Mənim qısqanclığıma gəlincə, bu yəqin gendən gələn bir şey idi. İndi oğlum da öz anasına qarşı elədir. Baxıram gülürəm. Öz keçmişimi xatırlayıram.”
Ədəbaz adamlardan deyil, hər şeyə görə Allaha şükr etməyi bacarır. Kasıb vaxtları da olub, varlı vaxtları da...
“Başqa bir Zakir də var içimdə. Onunla çox söhbətlərim olur. Bəzən uşaq kimi oluram. Yaşlanmaqla deyil ki. İçimdəki uşaq hələ də qalır, yaxşıdakı qalır. Hərdən oğlum mənə- Əliyev, neçə yaşın var?- deyir. Deyirəm, filan yaşdayam. Nə olsun ki, dəyişən ancaq bədəndir, qocalırıq. Gərək ruh qocalmasın. Amma həmişə belə də olmuram. Sərt tərəflərim də var. Məncə kişi evdə hər şeyi xanımına deməməlidir. Mən də demirəm. Həm onu çox yükləməmək, stressə salmamaq üçün, həm də bu belə lazımdı. Kişi hər sözünü xanımına deməz. Onun ömrünü qısaltmamaq, üzməmək üçün çox şeyi gizlətmişəm. Kişi var, pulunu da arvad idarə edir. Tutaq ki, bir dostun səndən borc istədi. Yanında zəng vurub arvaddan pul istəyəcəksən? Adam başqalarının gözündə bir qəpiklik olar. Bu əsla ailəyə hörmətsizlik anlamına gəlməməlidir. Kişinin kişi yeri var. Kişi ailənin yük çəkənidir.”- söyləyir...
O, 22 may 1968-ci ildə, Neftçala rayonunun Xolqarabucaq kəndində dünyaya gəlib. Səkkiinci sinfi doğma kənddə başa vuraraq, təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirib. Həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. 1986-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin, mədəni maarif fakültəsinin, özfəaliyyət teatr kollektivi rejjisoru ixtisasına qəbul olunub və 1993-cü ildə oranı bitirərək ali təhsilə yiyələnib. Onun ilk böyük uğurlarından biri isə 1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı"-nın diplomantı olmağıdır. Sonra, 1985-ci ildə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbirdə "Leyli və Məcnun" əsərini ifa edib. Həmin dövr üçün onun böyük uğurlardan biri də "Leyli və Məcnun" əsərini Moskvada “Bolşoy Teatr”da da ifa etməsi olub. Bu uğurların siyahisi uzundur, sadalayıb vaxtınızı almaq istəmirəm...
Deyir ki:- “Nə edirəmsə Allaha xatir edirəm. Düşünürəm ki, balıq bilməsə də, xaliq bilər. Etdiyim hər əməlin yaxşı, ya pis fərq etməz cavabını Allahın verəcəyinə inanıram. Yaşatdığını yaşamadan ölməz insan. Gərək gözünün önünə bunu qoyasan. Bəzən mənim bu düşüncəmi saflıq kimi düşünüb, zərbə vurmaq istəyən, sui-istifadə edənlər də olur. Ümumiyyətlə, həyat çətindir, onu təmiz yaşamaq daha çətindir. Bəzi adamlara pulu Allah bilərək verir. Elə bilirsiniz onların günü gündür? Zülüm çəkirlər, pullarına görə. Bəzən şöhrət də, pul da Allahın sınağıdır. Hər adam daşıya bilməz o yükü. Birdən arzu edirlər ki, Allah sənə uzun ömür versin. Uzun ömürlü olmaq elə bilirlər ki, çox gözəldir? 120 il yaşayıb, bütün əzizlərinin övladlarının, dostlarının ölümünü görmək qarğışdı əslində. Allah sağlam can versin. Ölənə qədər də ağlımızı başımızdan almasın. Bu bəs edər.”
Təkəbbürlü, lovğa, insanlara yuxarıdan aşağı baxıb aşağılayan adamlardan xoşu gəlmir. Övladlarının gözəl insan olmasını istəyir. Oğlu beynəlxalq münasibətlər, qızı isə tibb təhsili alıb. Allahın xoşuna gəlməz deyə, onları çox əzizləmək istəmir. Axı, Allah adamı çox sevdikləri ilə sınayır. Hətta bu barədə danışmağa belə qorxur. Və bir də bekar qalmaqdan zəhləsi gedir. Deyir ki: “Kimsə kiməsə qarğışı etmək istəsə qoy desin: “Səni bekar qalasan”...
Bəli, mayın 22-si əməkdar artist Zakir Əliyevin növbəti ad günüdür. Bu dəfə 57 yaşını qeyd edəcək. Ona möhkəm can sağlığı, uzun ömür arzulayıb söhbətimi burada yekunlaşdırıram.
Yaşasın!
Hörmətlə, Elmn Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see357

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see340

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see321

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see317

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see271

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see251

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see203

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see200

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see184

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see177

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see176

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see167

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see162

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see161

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see160

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see159

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see152

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri