Icma.az
close
up
RU
Ata və oğlu dələduzluğun qurbanı oldu

Ata və oğlu dələduzluğun qurbanı oldu

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kərbəla” və “Məşhəd” şəhərlərinə zəvvar turları təşkil etmək adı ilə dələduzluq etməkdə ittiham olunan Astara rayon sakini, 1997-ci il təvəllüdlü Sadıqın cinayət işinə baxılıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib.
Bu məqsədlə rayon sakini Əmraha “Kərbəla” və “Məşhəd” şəhərlərinə zəvvar turları təşkil etdiyini, müxtəlif şəxsləri ziyarətgahlara apardığını deyib, həmin ziyarətgahlara onu da apara biləcəyinə inandırıb. 
Sadiq Əmrahın etibarını qazandıqdan sonra onu və atasını  ziyarətgahlara apacağını yalandan vəd verib. Aldatma yolu ilə 2024-cü ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Astara rayonu, Ərçivan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində Əmrahdan 2160 manat alıb. 
Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Kərbəla və Məşhəd şəhərlərindəki dini ziyarətgahlara adamları aparmaq üçün tur təşkil edib: Buna görə də 2024-cü ilin sentyabr ayında yaranmış borclarımı ödəmək üçün  məcbur qalaraq guya tur təşkil etdiyimi hər kəsə bildirdim, adamları toplamağa başladım. Borclarımı da təcili verməli olduğu üçün kimlə razılaşsam, dərhal pulu alaraq borclarıma verirmişəm. Həmin ilin sentyabr ayında Əmrah zəng edərək atası ilə birlikdə ziyarətgaha getmək  istədiklərini və onları aparmağımı istədi. Mən də problem olmadığını, görüşməli olduğumuzu dedim. Bundan sonra elə Əmrahın atasının yaşadığı Ərçivan qəsəbəsindəki yaşayış evinə getdim. Orada həyətdə Əmrah və atası ilə görüşdüm. Həmin vaxt həyətimizdə Əmrahın bibisi Kəsirə və oğlu Famil də olub. Əmrah nə vaxt, ən tez halda gedəcəyimizi soruşdu. Dərhal pulu almaq üçün ən geci 15-20 gün ərzində gedəcəyəklərini dedim. Hansı ki, real olaraq o qədər müddətə mümkün olmayacağını bilmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Əmrah ondan nə qədər məbləğdə pul alınacağını soruşub: “Mən də hər adam üçün 1080 manat olacağını dedim. Əmrah elə yerindəcə 2160 manat verdi. Pulu alandan sonra dərhal oradan getdim. Borclu olduğum adamlara ödəniş etdim. Bir sözlə ziyarətgah adı ilə aldığım pulu öz ehtiyaclarım üçün xərcləmişəm. Sonra da heç bir şəkildə adam tapa bilməmişəm. Buna görə də pulu qaytarmaq üçün Əmrahgil kimi aldatmaq üçün başqa şəxslər axtardım. Lakin belə bir şəxs tapa bilmədim. Hansı ki, Əmrah 15 gün sonra hər gün zəng edərək nə vaxt gedəcəyini soruşdu. Mən də yalandan vaxt qazanmaq üçün qısa müddətdə həll edəcəyimi dedim. Hətta bir neçə dəfə biraz da inandırmağı üçün 1 gün əvvəl zəng edərək ertəsi gün  gedəcəklərini və çantaları ilə pasportlarını götürərək Astara şəhərində müxtəlif yerlərə gəlmələrini demişəm. Əmrahgil də sözümə inanaraq dediyimi etsələr də, həmin gün mobil telefonumu bağlayaraq guya başıma iş gəldiyini və ona görə gələ bilmədiyimi demişəm”. 
Sadiqin ifadəsinə görə, daha sonra artıq Əmrahın ona inanmadığını görüb, buna görə də Əmrah ondan pulunu istəyib: “Lakin mən də pul olmadığından verə bilməmişəm. Sonra da daha da əlaqə də olmamağım üçün mobil nömrəmi bağlayaraq gizlənməyə başlamışam”. 
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadiq 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətində Astara və Lənkəran rayonun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Onun yaşayış yeri olan Astara şəhərindəki evi bu müddət ərzində gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməməsi tapşırılıb. 
Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini  dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi  barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri