Icma.az
close
up
RU
Allah, biz xəstələrə şəfa ver...

Allah, biz xəstələrə şəfa ver...

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Nə olar, ay Allah, böyük Yaradan, bizim şəfamızı ver. Yalvarırıq sənə, qarşında diz çökürük, şəfamızı ver. Ay Allah, sən biz bəndələrinə rəhm et, keç günahımızdan, sağlamlığımıza qovuşdur, yazığıq...

Bu nə dərd-bəla idi mübtəla olduq, İlahi? Hamımız mərəzə tuş olmuşuq. Görəsən nə etdik ki, Allah, sənin qəzəbinə uğradıq, sağlamlığımızı əlimizdən aldın.

Xəstələnmişik. Lakin bu xəstəlik hərəmizdə bir cür təcəssüm edir. Birimiz soyunuruq, birimiz geyinirik, birimiz saçımızı dibdən qırxırıq, birimiz gedib tük alıb təpəmizə əkirik. Allahın verdiyi əzalar kar salmır, birimiz gedib dodağımızı üç-dörd qat da böyüdürük, birimiz gedib qabırğalarımızı təxirə salırıq. Birimiz slikonlaşırıq, birimiz dolğulaşırıq... Birimiz göbəyimizi açırıq, birimiz budlarımızı bayırda qoyuruq. Birimizin başı göylərdə gəzir, birimiz başımızı aşağı salıb camaatla toqquşuruq. Birimiz qaçırıq, o birimiz yerimizdən tərpənmirik. Birimiz karıq, birimiz eşitsək də, karıq... Lakin bir çoxumuzun mərəzi eynidir, yersizik. O mənada yox ki, yaşamağa bir evimiz yoxdur, var. Hərəkətimiz yersizdir. Bu isə xəstəliyimizin son həddidir. Bəzi xəstəliklər necə ki, dövrlərə bölünür, yersizlik də bizim mübtəla olduğumuz mərəzin son mərhələsidir. Bu mərhələdə sonumuzun çatdığını hiss edib, övladımız üçün əlimizdən gələni edirik.

Məsələn, uşağımız universitetə girir, biz ona maşın alırıq. Niyə də almayaq? Böyük bir iş görüb bu uşaq. Hansı ki, nə borcudur, nə də vəzifəsi, amma edib. Biz də özümüzə borc sayırıq ki, uşağa bunun qarşılığında bahalı bir hədiyyə alaq. Bu hədiyyə də niyə kiçik olsun ki?.. Böyük əziyyətin hədiyyəsi də böyük olmalıdır da. Maşın alırıq. Maşını da şarlarla, rəngbərəng lentlərlə bəzəyib, nömrəsini də çıxarıb yerinə “tələbə qızım” yazıb aparıb qoyuruq universitetin qarşısına.

Ta bu maşını görən başqa uşaqların ilk dərs günü burnundan gəlir. Dərsin bitməsini gözləyir ki, evə qayıdıb desinlər ki, ay ata, ay ana, siz də özünüzü valideyn sanırsınız? Belə isə filankəsin atasına da baxın, özünüzə də. Baxın, onda görəcəksiniz ki, valideyn necə olur. Bir qızın valideyni qədər yoxsunuz. Gedin onun universitet hədiyyəsinə baxın. Siz də bizə bir şalvar, bir ətək, bir dənə də köynək alıb, dediniz ki, təbrik edirik. Geyin, get universitetə. Bilmədik ki, bu, hədiyyə idi, yoxsa sizin valideyn borcunuz. Başımızı yamanca aldatdınız.

Valideyn də nə desin? Nə deyəcək axı... O da bu mərəzə tutulubsa, deyəcək ki, bir ayağım burda, biri gordadır. Durub gedəcək maşın bazarına, o da uşağına bir maşın alıb aparıb qoyacaq universitetin qarşısına. Deyəcək, dünən olmasın, bu gün olsun. Yox, əgər pulu yoxdursa, onlarla bank var, kredit götürüb alacaq.

Bu xəstəliyə hələlik yoluxmayan bir-iki nəfər qalıbsa, çarə budur ki, onlar da məscidə üz tutub namaz qılıb, dua etməli, Allahdan şəfa istəməlidirlər. Deməlidirlər ki, Allah, sən biz xəstələrin səfasını ver. Həm də yox yerdən ver...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri