Icma.az
close
up
RU
“Allah vurub Ramiz Mehdiyevi də, onun “komanda”sını da...”

“Allah vurub Ramiz Mehdiyevi də, onun “komanda”sını da...”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ramiz Mehdiyev mövzusu xırdalandıqca, genişləndikcə, gündəmi daha çox zəbt etdikcə ortadakı suallar da artır. Və ilk önə çıxanı budur: Nə baş verir?!

Əslində nə baş verdiyi hamıya çoxdan məlumdur. Üstəlik, hər şey də gün kimi aydındır. 

Sadəcə insanlar rəsmi açıqlama, təfərrüat gözləyirlər. Və o da olacaq!

İndiki məqamda isə deyə biləcəyimiz budur: İttiham son dərəcə ağır ittihamdır, məsələ sıradan bir məsələ deyil və əgər məhkəmə həbslə bağlı (ev dustaqlığı olsa belə) qərar verdisə, DTX hərəkətə keçdisə, qəfil istintaq başladısa, demək ki, qarşıda çox ciddi hadisələrə şahidlik edəcəyik.

Burası, dəqiqdir.

Ayrıca...Mehdiyev neylədisə özü - özünə elədi, özü - öz quyusunu qazdı və bitməyən ambisiyasının, hikkəsinin ucbatından son mismarı da elə məhz özü - öz alnının tən ortasına vurdu. 

Və gedişat da onu göstərir ki, adam vəzifədən gedəndən sonra qətiyyən rahatlaşmayıb, nəvələri, nəticələri ilə gün keçirmək, oynamaq əvəzinə - hansısa məkrli qrupların əlinə oynayıb, dövlət içində dövlət yaratmağa çalışıb, ara qarışdırıb, mafiya qurub, öz əlaltılarına mütəmadi tapşırıqlar, təlimatlar verib, Azərbaycan əleyhinə işlər çevirib.

Halbuki onun qarşısındakı yollar - üstəlik, bu ahıl çağında - çox aydın haçalanırdı.

Ya millətinə, dövlətinə, rəhbərinə daim sədaqətli olub, hörmətli sonu haqq edəcəkdi...

Ya da xəyanət xəttini tutaraq, rəzalət və utanc dolu həyat yaşamağı...

O, ikincini seçdi.

***
Mətbuatdan oxudum: “Söyüş müxalifəti”nin maliyyələşməsində də adı keçir. 

İnanın, təsdiqini tapsa, qətiyyən heyrətlənmərəm!

Çünki ələlxüsus, son 6 ildə sərgilədiyi davranışı ilə Mehdiyev sübut etdi ki, o, pislik, yamanlıq və xəyanət mövzusunda - hər şeyə qadirdir!  

Mehdiyev elə personadır ki, onun əsl simasını vəzifəsizlik, səlahiyyətsizlik, statussuzluq açdı!

Həm də yalnız simasını deyil, bir çox gizlinləri!

Mehdiyev elə bir obrazdır ki, onun taleyi bütün yolundan azanlara dərs olmalıdır!

Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq!

Mehdiyev elə bir adamdır ki, onun “çete”sinə daxil olanlar, onun tapşırığı ilə dövlətə qarşı çıxanlar, istənilən neqativ hərəkətdə bulunanlar, “5-ci kolon” və ya digər qruplaşmaların içində qərarlaşanlar, hansısa başqa ölkənin maraqlarına xidmət edənlər dərhal tapılmalı, üzə çıxarılmalı və məsuliyyətə cəlb olunmalıdır! Həm də dərhal!  

Və sonda.

Dünən dostlar dedi.

Daim üzərlərinə getdiyim radikallar, “söyüş müxalifəti” və bir sıra “xəyalbazlar” məni də mövzunun gözünə qataraq Ramiz Mehdiyevin adamı kimi göstərməyə, “tutar qatıq - tutmaz ayran” prinsipi ilə fürsətçillik eləməyə çalışıblar.

Əslində, gülüb üstündən keçiləsi mövzudur. Gerçəkdən.

Ona görə, heç bu məsələyə toxunmayacaqdım.

Sadəcə sonradan düşündüm, bir dəfə də olsa publik cavab verilməlidir ki, hər kəs real həqiqətlərdən agah və hali olsun!  

Əvvəla, təxminən, 10 il əvvəlki açıqlamama istinad edərək yazırlar ki, Mehdiyevi filan vaxt müdafiə etmisən. Amma demirlər, kimdən?!

– Odur ki, özüm deyim: Radikal müxalifətdən, qaragüruhçu ünsürlərdən, “Milli Şura”nın “banda”sından. Çünki həmin vaxt Mehdiyev dövlətin ən böyük postlarından birini tuturdu, ona böyük etimad göstərilmişdi və... Haqqında danışdığım qaragüruh, ünsür yığını Administrasiyanı, oranın əməkdaşlarını hədəfə alarkən, mən həmin Administrasiyaya Mehdiyevin deyil, Prezidentin Administrasiyası kimi baxırdım, bu gün də elə baxıram və nəinki Administrasiyaya, istənilən dövlət qurumuna qarşı məlum - total hücumlar təkrarlansa, yenə sinəmi qabağa verəcəyəm və vuruşacağam.    

İkincisi... Bu dövlətin 50 dənə qurumu var ki, onların əlində kimin kim olduğunu müəyyənləşdirmək maksimum iki dəqiqəlik işdir və... Ona görə biləsiniz ki, hansısa insan, siyasətçi, vəzifə sahibi haqda rəy(lər) də kimlərinsə yatıb yuxuda gördükləri ilə deyil, tutarlı, tutumlu əsaslarla formalaşır. 

Üçüncüsü... Mən, 19 yaşımdan bu yana radikallarla, “söyüş müxalifəti” ilə, dövləti sütunundan sarsıtmaq istəyən FETÖ tör - töküntüləri ilə döyüşürəm. Və əlbət, onlar da məni davamlı “vurmağı” özlərinə “həyat kredosu” seçiblər və məlum istiqamətdə əllərindən gələni heç zaman “əsirgəməyiblər”. Amma yenə yanlış ünvana fokuslanıblar və fiaskoya məhkumdurlar! Çünki mən - Elşən Musayev, bəlkə də uzun illər siyasətlə məşğul olan tək - tük adamlardan biriyəm ki, həyatım boyunca bircə dəfə də olsun, nə Ramiz Mehdiyevlə yolum kəsişib, nə onunla telefonla danışmışam, nə köməkçisinə zəng edib görüş istəmişəm, nə bir masada əyləşmişəm, nə xeyirində - şərində iştirak etmişəm, nə məktub yazmışam, nə də hardasa əl verib görüşmüşəm.   

Dördüncüsü... Sadəcə məlumat üçün deyirəm: Karyeramın qarşısının kəsildiyi, işsiz qaldığım, kirayələrdə çürüdüyüm, bütün qapıların üzümə bağlandığı dövr - minimum 95 faiz etibarilə - məhz Mehdiyevin vəzifədə olduğu dövrlə üst-üstə düşür!

Nəhayət; Beşincisi... Yuxarıda söylədiyim fikri bir daha təkrar edirəm: Zərrə qədər - hətta, zərrənin də zərrəsi qədər xəyanətə meylli olanların, yolundan sapanların, “klan təfəkkürü”nə uyanların, ikibaşlı oynayanların araşdırılıb tapılmasını, ortaya çıxarılmasını, sorğulanmasını hamıdan çox istəyənlərdən biri mənəm! 

Bu yaramazla kimin hansı məsafədə dayandığı bəlli olsun deyə!

Odur ki;

Allah vurub, Ramiz Mehdiyevi də, onun “komanda”sını da, planlarını da!

Bizim yolumuz Heydər Əliyev yoludur.

Və nə qədər nəfəsimiz gəlir, bu yolda hər zamankı dürüstlüyümüzlə, sədaqətimizlə, sadiqliyimizlə var olacağıq!

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri