Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Allahsızlar qanmayanda hansı yolla qandırasan?! Tərlan Salehin şeirləri

Allahsızlar qanmayanda hansı yolla qandırasan?! Tərlan Salehin şeirləri

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Tərlan Salehin şeirlərini təqdim edir.

Əsir dağlara

Haraylayar uzaqları
bitmək bilməz sazaqları...
Sinəsində bulaqları
çağlar ağlaya-ağlaya.

Çəkər dumandan pərdəni,
görünməz uca gərdəni.
Öz içində öz dərdini
ağlar ağlaya-ağlaya.

İgid varmı qanı qıza,
meydan oxuya qansıza?!
Pıçıldadı əsir qıza
dağlar ağlaya-ağlaya.

Bir bu qədər zülm olar?
Bir dağ boyda ölüm ola...
Nə vaxta cəhənnəm olar,
yağılar ağlaya-ağlaya?!

***

Yüz dəfə "fil-filo" desən
sönən çıraq yanmayacaq.
Gərək Tanrıdan od ola,
od alasan, yandırasan.
Misqal-misqal qazancını
xərcləyəsən qucaq-qucaq,
Allahsızlar qanmayanda
hansı yolla qandırasan?!

İnsan sözdə, əməlində
dəqiq bilməlidi həddi,
dildən çıxan söz əməllə
uyuşmasa fəlakətdi.
Hər gün bir qarış olsa da
keçirsə qonşu sərhəddi,
abırsız gərəkdir ki,
bilmərrə dayandırasan.

Özümüzə arxa olaq
çiyin-çiyin, kürək-kürək,
el bir olsa dağ oynadar,
bir olmalı milyon ürək.
Yatan xalqı oyatmağa
Sabirlər, Cəlillər gərək,
oyanmaq istəmədikcə
çətin ki, oyandırasan.

Ağrılar

Diş ağrısı, baş ağrısı,
öd-böyrəkdə daş ağrısı
kəssə də iynə-dərmanla -
gizildəyər yaş ağrısı...

Səhv vəzifə, post ağrısı,
məddahların tost ağrısı...
Bağdan ərik qurtarınca
yoxa çıxan dost ağrısı...

Həssas qəlbin köz ağrısı,
"dözməlisən, döz" ağrısı.
Yaman olur, yetirməyin
söz əhlinə söz ağrısı...

***

Gün keçdikcə, ay ötdükcə, il dolandıqca,
yaxşı-pis əməllə dolar ömür-sandıqça...
Əsilzadələr nur saçar alovlandıqca,
yaşadıqca tüstüləyər zatıqırıqlar...

Aparır

Zövq al, dinsə könül simi,
bir xoş səhər yeli kimi.
Kim bilir ki, tale kimi
hansı sonluğa aparır...

Qeybət qılanda dilimiz,
ayaqdan çəkir əlimiz.
Tariximiz, təməlimiz
bizi xanlığa aparır...

İdrak etsin insan barı,
ötəridir dünya varı.
Dünyanın bütün yolları
qəbiristanlığa aparır...

Köçənə kimi

Həyatın yolları düzən, dik, dərə,
sinə gər düşəndə çətinliklərə.
Toxum səpilibsə düzənliklərə,
şaxta var, boran var biçənə kimi...

Atdığın addımı xoş atmalısan,
xoş sözlə insanı yaşatmalısan.
Nə qədər şeytana daş atmalısan
Zəm-zəm bulağından içənə kimi...

İrəli gedərkən baxma arxaya,
yolunda düz olsan düşmə qorxuya.
Cavab verəcəksən min bir sorğuya
Sirat körpüsündən keçənə kimi.

Allah ağlımızı başdan almasın,
insanın insana kini qalmasın.
Qonaq olduğumuz unudulmasın
beşikdən məzara köçənə kimi...

***

Mən öləndə ağlayın...
Ağlayın ki, dərd onu
çəkənlərdən birini
fənd edib yıxa bildi...

Mən ölsəm ağlamayın...
Sevinin- dünya boyda
dərd dağları altından
"salamat" çıxa bildim...

Qapı

Ömrün giriş-çıxışı-
ağ qapı, qara qapı.
Bağlar ağın açdığı
kitabı qara qapı.

Üzüm yox üzə duram,
nə yazsan yaz, uduram.
Sənə əl uzadıram,
baxırsan hara, qapı?

Dəymə, sinə dağımdı,
əymə, şah budağımdı.
Sənin açılmağındı
dərdimə çarə, qapı.

Qayıtmadı gedənim,
tapılmadı itənim.
Açıl üzümə, məni
qovuşdur Yara, qapı.

Nekroloq

Ömür keçdi film kimi-
"Kirayə yaşam" adlı...

Doğum...
Körpələr...
Məhbəs...
Qocalar...
Bir gün evsiz yaşamadı...

***

Kimi şəxsi təyyarə sürür,
kimi köhnə,
kimi son dəb araba...

Sükan qələm, yolum vərəq,
öz ömrümü sürürəm...
Kim tez çatar son mənzilə,
əcəba?!

***

Biri vardı, biri yox,
ikisindən biriyəm...
Var olandan irəli,
olmayandan geriyəm...

İncimişəm

Gül-çiçəksiz bir bahardan,
qarsız qışdan incimişəm.
Əziyyətsiz, müftə vardan,
zər, daş-qaşdan incimişəm.

Hər hala düşən, hallanan,
iki şahıya aldanan,
ürək yerinə sallanan
mərmər daşdan incimişəm.

Gözlərinə qoyub maya,
əldən gedər abır-həya.
Ürək yanmaya-yanmaya
axan yaşdan incimişəm.

İlham dolandıqca gendən,
azad olar ruh bədəndən.
qalmadısa bir iz məndən
yarı yaşdan incimişəm.

Tərlan Saleh

Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti CV-inə yalan məlumat yazanlar cəzalanacaqmı? "Aliye"nin aktyorları 20 ildən sonra eyni serialda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri