“Alma” yüklü daha bir avtomobildən külli miqdarda narkotik vasitə aşkar edildi
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Süleyman

“Alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edildi FOTO
09 Dekabr 2024 11:44
Xidməti it “alma” yüklü avtomobildən külli miqdarda narkotik tapdı Fotolar
09 Dekabr 2024 11:50
Alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik aşkarlandı
09 Dekabr 2024 11:26
Gömrükdə alma yüklü TIRda külli miqdarda narkotik AŞKARLANDI
09 Dekabr 2024 11:25

