Icma.az
close
up
RU
Almadığımız məhsullara görə ildə 500 milyon manat ödəyirik MÜSAHİBƏ ANONS

Almadığımız məhsullara görə ildə 500 milyon manat ödəyirik MÜSAHİBƏ ANONS

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az redaksiyasının qonağı olub. O, istehlakçı hüquqlarının pozulması, istehlakçıları aldadan şirkətlər və digər mövzularda sualları cavablandırıb.

Müsahibədən bir hissəni təqdim edirik:

- Sosial şəbəkələrdə tez-tez piştaxta və kassada qiymətlərin fərqli olması ilə bağlı şikayət videoları yayılır. Belə hallar yaşandıqda istehlakçı hansı addımı atmalıdır?

- Piştaxta və kassada qiymətlərin fərqli olması halında istehlakçının hərəkət alqoritmi 2 cür olur. Birincisi, istehlakçı problemi yerində həll etmək istəyir. Bu zaman o, qiymət fərqini gördükdə kassa çekini də saxlamaq şərtilə marketə qayıdaraq malın qiymətinin şəklini çəkməlidir və müdiriyyəti çağırmalıdır. Bu zaman istehlakçının hüququ var ki, piştaxtada gördüyü məbləği ödəniş etsin. Müdiriyyət burada təslim olacaq, bir qayda olaraq qiymət dəyişdirməyi unutduqlarını bildirəcəklər. İstehlakçı artıq alınmış pulunu geri qaytaracaq.

İkincisi, istehlakçı problemi gördükdə bu halla üzləşəndə eyni şəkildə malın və qiymətinin şəklini çəkərək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərə bilər. Bu zaman sözügedən market barədə müvafiq tədbirlər görüləcək.

İstehlakçıların aldadılmasının bir neçə yolu var. Bizim ofisimizdə bir kassa çeki var. Badımcan alan istehlakçıya eqzotik meyvənin qiyməti vurulub. Nəticədə 89 qəpik olmalı olan çekdə 36 manat əks olunub. Əgər şəxs kassa çekinə baxmasa idi, bu fırıldağın da üstü açılmayacaqdı. Bu da hadisə şəhərin mərkəzində yerləşən "Grand market"də baş verib. Yaşadığım evin yaxınlığında bu marketin bir filialı var. Orada təkcə məni, Eyyub Hüseynovu 1 ildə 100 manata qədər aldatmağa cəhd ediblər. Məsələn qabıqlı qoz almışam, ləpənin qiymətini vurublar. Bu hələ mənim gördüyümdür.

Marketlərdə aldatma üsullarından biri də almadığın məhsulun vurulmasıdır. Azad İstehlakçılar Birliyinə gələn bu cür şikayətlərə baxsaq tam əminliklə deyə bilərik ki, Azərbaycan istehlakçıları almadıqları məhsul üçün ildə 500 milyon manat pul ödəyirlər. Ona görə istehlakçılar fəal olmalı, mütləq kassa çeklərinə baxmalı, kartla ödəniş zamanı mütləq şəkildə mobil tətbiqdə bunu yoxlamalı, kassa çekini dərhal atmamalıdır.

Müsahibənin tam versiyası yaxın günlərdə yayımlancaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri