Icma.az
close
up
RU
Almadığımız mallara yarım milyon pul ödəmişik: Kassada bizi belə aldadırlar

Almadığımız mallara yarım milyon pul ödəmişik: Kassada bizi belə aldadırlar

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son dövrlər mağazalarda müşahidə edilən rəf və kassa qiymətləri arasındakı fərq alıcılar arasında narazılıq yaradır. 

Alıcılar məhsulu üzərindəki etiketə əsasən seçsə də,  kassada daha yüksək məbləğ ödəndiyini son anda fərq edir. Alıcılar çaşqın vəziyyətdə qalıb nə baş verdiyini anlamağa çalışarkən, satıcılar və mağaza rəhbərləri bunu ya sistem səhvi, ya da unutqanlıqla əsaslandırmağa çalışır. 

“Cebheinfo.az”-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, supermarketlərdə qiymət fərqi istehlakçıların aldadılmasına səbəb olur, buna görə alıcılar kassa çeki ilə diqqətli olmalıdırlar: 

“Ən müasir supermarketlərdə belə rəfdə qiymətin aşağı olub, kassada yüksək olması geniş yayılmış istehlakçı problemlərindədir. Artıq 5 ildən yuxarıdır ki, hər gün Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur. Bu kimi hallar birbaşa istehlakçının aldadılmasıdır. 

Supermarketlərə müasir texnologiyalar daxil olduqca, paralel olaraq alıcıların aldadılması da baş verir. Bir qayda olaraq, istehlakçı rəfdə fərqli qiymət görür, kassa qəbzində isə məhsulun qiymətinin yuxarı olduğunu müşahidə edir. Nədənsə bu fərq heç vaxt marketin ziyanına olmur, yəni rəfdə çox, kassada az olmur. Bəzi hallarda alıcılar bununla razılaşıb gedir”. 

Ekspert bildirib ki,  belə hallarda alıcının öz alqoritim mexanızmi olmalıdır: 

“İlk olaraq alıcı xüsusilə kartla ödəniş zamanı kassa qəbzinə diqqətlə baxmalıdır. Qiymət fərqlərini müşahidə edərsə, məsələni yerindəcə market müdiri ilə həll etməyi bacarmalıdır”. 

Onun sözlərinə görə, alıcı yanlış qiymət barədə şikayət edərək məsələni həll edə bilər: 

“Əgər alıcı başqa insanların qayğısına qalırsa, empati hissinə malikdirsə, kassa qəbzini götürüb Prezident yanında Antihisar və Bazara Nəzarət Dövlət Agentliyinə müraciət edərək tələb edə bilər ki, həmin yerdə müəyyən yoxlamalar keçirilsin. Marketlərdə meyvə -tərəvəz bölümü ayrı olurduğu üçün elə qiymətlər məhsulların üzərinə yazılır. 

Bizim quruma daxil olan şikayətlərdən birində göstərilirdi ki, alıcının 86 qəpiyə aldığı badımcanın üzərinə ekzotik bir meyvənin 36 manat qiyməti yazılıb. Qəbzə baxdıqdan sonra istehlakçı bizə müraciət etdi, daha sonra problem öz həllini tapdı”. 

E.Hüseynov qeyd edib ki, kartla ödəniş edəndə qəbzi yoxlamaq vacibdir, çünki vəziyyət hələ də düzəlməyib: 

“Kartla ödəniş zamanı alıcılar tələsməməli, mütləq qəbzi nəzərdən keçirməlidir. Hətta bəzən istehlakçıların almadığı məhsullar da qəbzə yazılır. Qurumumuza gələn şikayətləri ümumiləşdirsək, bir ildə istehlakçılar almadıqları məhsullar üçün 500 000 manat pul ödəyib. 

Bu məsələrdə xəbərdar olduğum halda hətta mən özüm belə marketlərdə belə aldadıcı oyunlarla üzləşmişəm. Dövlət orqanları mediada yayımlanan bu məsələ ilə bağlı narazılıqları izləmir. Bu vəziyyətin kökündə qanunu icra etməli olan dövlət orqanlarının fəaliyyətsizliyi dayanır. 

“İstehlakçıların hüquqlarının müdafizəsi haqqında” Qanun 1995 – ci ildə qəbul olunub. Dəfələrlə qanunun dəyişməli olduğunu bildirsəm də, bu sahədə hələ də bir iş görülmür. Qanun dəyişmədikcə,  dövlətin istehlakçı siyasəti yox dərəcəsində olacaq və belə hallarla tez-tez qarşılaşacağıq”.
Gülər 
“Cebheinfo”

 

Açar sözlər: kassa Eyyub Hüseynov mağaza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri