Aİ Rusiyaya güzəştə getmək istəmir: Kallasdan sərt mövqe
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiyanın sülh danışıqlarındakı tələblərini "absurd" adlandırıb.
Turkustan.az xəbər verir ki, o, Aİ-nin qarşılığında heç nə əldə etmədən addım atmamalı olduğunu və danışıqlar qrupunun atəşkəs üçün təzyiq göstərməsinin vacibliyini vurğulayıb. Kallas bu fikirləri Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirlərinin görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Ali Nümayəndə Aİ liderlərinin 13 noyabrda danışıqlarda Avropa təmsilçiliyinin formasını müəyyən etdiyini xatırladaraq, xarici işlər nazirləri ilə görüşlərin məzmunu üzərində işləməyə davam edəcəklərini bildirib.
Kaja Kallas Rusiyanın hələ 2021-ci ildə — müharibədən əvvəl tələblər siyahısı təqdim etdiyini, Moskvanın indi də eyni şərtləri yenidən gündəmə gətirərək onlara yenilərini əlavə etdiyini qeyd edib: "Bu, müharibəni davam etdirmək üçün açıq bir bəhanədir. Biz bu məsələdə realist olmalıyıq".
Sonda Kallas Rusiyanın maksimalist tələblərinə cavab olaraq Aİ tərəfindən irəli sürüləcək tələbləri nazirlərlə müzakirə edəcəklərini və qarşıda görüləsi çox işin olduğunu diqqətə çatdırıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 16 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















