Alman şirkətlərinin əksəriyyəti böhran və müharibə vəziyyətinə hazır deyil
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Ukraynaya hücumundan sonra Almaniyada müdafiə vəziyyəti ilə bağlı müzakirələrin yenidən intensivləşdiyi bir şəraitdə aparılan araşdırmalardan biri alman iqtisadiyyatının bu cür ssenarilərə kifayət qədər hazır olmadığını göstərib.
AZƏRTAC xəbər verir ki, “Süddeutsche Zeitung” qəzetinin Almaniya İqtisadiyyatı İnstitutunun (IW) hələ dərc olunmamış araşdırmasına istinadla yaydığı xəbərə görə, ölkədə fəaliyyət göstərən bir çox şirkət gərginlik və müdafiə vəziyyətinə lazımi səviyyədə hazırlaşmayıb.
“Ümumi müdafiə və Rusiyaya qarşı çəkindirmə yalnız hərbi baxımdan düşünülə bilməz, bu, iqtisadiyyatın sistemli şəkildə prosesə cəlb olunmasını tələb edir”, – deyə məqalədə qeyd olunub.
Araşdırma çərçivəsində aparılan sorğuda iştirak edən şirkətlərin 86 faizi kibertəhlükələrə qarşı səmərəli müdafiə tədbirləri gördüyünü bildirib. Əksər şirkətlər dezinformasiya, təxribat və casusluğa qarşı da müəyyən addımlar atıb. Şirkətlərin cəmi 3 faizdən bir qədər çoxu material çatışmazlığına hazır olduğunu qeyd edib. Kütləvi kadr itkisi halları üçün fövqəladə planlara malik olan şirkətlərin payı isə dörd faiz təşkil edir. Şirkətlərin 24 faizi infrastruktur çatışmazlığı və kritik dövrlər üçün hazır olduğunu, 17 faizi isə bu sahədə tədbirləri gücləndirməyi planlaşdırdığını açıqlayıb.
Hesabata əsasən, böhran və müharibə şəraitində şirkətlərin üzərinə ciddi öhdəliklər düşəcək. Xüsusilə müdafiə sənayesi, texnologiya və təchizatçı müəssisələr lazımi həcmdə silah, nəqliyyat vasitələri və avadanlıq istehsal etməli olacaq. Bununla yanaşı, mülki şirkətlər əməkdaşlarını hərbi xidmət, nəqliyyat, logistika və tibbi xidmətlər üçün azad etməli, tədarük zəncirlərindəki fasilələri kompensasiya etməli və sistemlərini kiberhücumlara qarşı qorumalı olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Yanvar 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















