Almaniya Avropa üzərində Dəmir günbəz sisteminin yaradılmasına dəstək verib
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (XDS/XSS) fraksiyasının sədri Yens Şpan İsrail nümunəsi əsasında Avropanın hava hücumundan müdafiəsinin gücləndirilməsini və "Dəmir günbəz"ə bənzər raket əleyhinə müdafiə sisteminin yaradılmasını dəstəkləyib.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Stuttgarter Zeitung” qəzetinə bildirib.
"Almaniya hökuməti indi bunun üçün səy göstərməli və mümkün qədər tez bir zamanda Avropa üzərində "Dəmir günbəz" ucaltmalıdır", - o qeyd edib.
Siyasətçi bunu Yaxın Şərq və Ukraynada baş verən hadisələrlə əsaslandırıb. Y.Şpan "Dəmir günbəz" layihəsini transatlantik alyansın Avropa dayağı kimi təşviq etməyə çağırıb. Onun fikrincə, Avropa yaxınlaşan raketlərdən, pilotsuz uçuş aparatlarından və digər uçuş aparatlarından özünü müdafiə etmək iqtidarında olmalıdır.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 İyun 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















