Keçmiş məcburi köçkün: Məqsədimiz odur ki, doğma yurdumuzda yenidən həyat quraq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Doğrudan da sevincimizin həddi-hüdudu yoxdur. Çünki 32 il əvvəl doğma kəndimizdən çıxmağa məcbur olmuşduq. İndi isə doğma torpağıma qayıdıram. Mən həmin vaxt cəmi 33 yaşında idim. Bu gün isə 60-dan çox yaşım var. Amma elə hiss edirəm ki, sanki yenidən gəncliyimə qayıdıram.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi Taybəs Quliyeva bildirib.
Torpaq həsrəti ilə yaşadığını, illərlə bu günü gözlədiyini deyən T.Quliyeva vurğulayıb: "Gəncliyimiz geri qayıtmasa da, o həvəs, o eşq hələ də içimizdə yaşayır. İndi məqsədimiz odur ki, doğma yurdumuzda yenidən həyat quraq, yaradaq, yaşayaq və kəndimizi əvvəlkindən də gözəl, abad bir hala gətirək. Şükürlər olsun ki, bu gün orada müasir infrastruktur yaradılıb, çox gözəl şərait təmin olunub".
O, həmçinin Ali Baş Komandan İlham Əliyevə yaratdığı şəraitə görə təşəkkür edib, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Dekabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















