Icma.az
close
up
RU
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən olan ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi yönümündə atdığı addımların uğurlu nəticələri günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bu baxımdan ölkəmizin Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verməsi diqqətdən kənarda qalmır. Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri bütün bu məqamlara işıq saldı.Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən bu dövr ərzində qarşılıqlı səfərlərin dinamikliyi, eyni zamanda, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması fonunda iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. Əməkdaşlıqda iqtisadi amil daim önə çəkilir. Cənab İlham Əliyev Almaniya Prezidenti ilə birgə mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı, xüsusilə bərpaolunan enerji sahəsində daha fəal addımlar atmalıyıq. Xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili vurğulayıb ki, hazırkı dövrün əsas çağırışlarından birinin məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Almaniya ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanların mövcudluğunu əminliklə qeyd edə bilərik: “Azərbaycanın ötən il ev sahibliyi etdiyi, bütün dünyanı Bakıya toplayan COP29 iqlim konfransı ölkəmizin, həmçinin iştirakçı dövlətlərin hansı imkanlara malik olduğunu bir daha açıqladı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçdi və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan oldu. Bu da təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu məsələdə də Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırıldı”.Malik Həsənov Prezidentlərin mətbuata bəyanatlarında, həmçinin jurnalistlərin suallarını cavablandırarkən səsləndirdikləri çağırışlara diqqəti yönəldərək bildirib ki, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması Almaniya rəsmiləri tərəfindən də yüksək dəyərləndirilir: “Ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsi sözügedən səfər çərçivəsində əsas müzakirə mövzularından biri oldu. 30 illik işğal dövrünün reallıqlarına diqqəti yönəldən dövlət başçısı İlham Əliyev “Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir” söyləyərək onu da əlavə etdi ki, tarixi Zəfərimiz sülh danışıqlarına yol açdı. Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Almaniya Prezidenti son illərdə cərəyan edən hadisələrdən sonra Cənubi Qafqaz regionunun daha sabit bölgəyə çevriləcəyinə əminliyini, sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, istəyirik iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir”.

Millət vəkili bildirib ki, ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirir: “Almaniya Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş kimi qəbul edir. Ölkəmiz mühüm strateji mövqeyi, zəngin təbii resursları ilə daim dünyanın diqqətindədir. Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycan ölkələr, xalqlar arasında körpü roluna daim yeni əlavələr edir. Ölkəmizin hazırkı dövrdə mühüm çağırışları sırasında yeni körpülərin qurulması əsas yer tutur. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv olan dövlətlər ilə əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev Almaniya Prezidentinin ölkəmizə sözügedən səfərini yüksək dəyərləndirərək bildirdi ki, bu səfərin çox müsbət nəticələri olacaq. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri