Icma.az
close
up
RU
Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq Yeni Çağ Media

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq Yeni Çağ Media

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə yardım etmək üçün beynəlxalq iqlim fonduna əlavə 60 milyon avro vəsait ayıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən COP29-da Almaniyanın Ətraf Mühit və Xarici İşlər nazirlikləri birgə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ayrılacaq vəsait hər iki nazirlik tərəfindən maliyyələşdiriləcək.

Həmçinin, bildirilib ki, Almaniya itki və zərərlərlə mübarizədə ən böyük donordur. Bu ölkə 2010-cu ildən etibarən İtki və Zərərlərə Cavab Fondunun layihələrinə, o cümlədən inkişaf etməkdə olan ölkələrin ən həssas icmalarında 45 milyondan çox istifadəçiyə xidmət göstərən 180-dən artıq xüsusi layihəyə ümumilikdə 1,2 milyard ABŞ dolları ayırıb.

Məqalədə, həmçinin vurğulanıb ki, Bakıda keçirilən COP29-da iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə üçün daha böyük vəsaitin ayrılması məsələsi müzakirə olunur. “BMT ekspertlərinin fikrincə, qlobal istiləşməyə uyğunlaşmaq və onun nəticələrini aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə hər il təxminən 1,3 trilyon dollar lazımdır”, – deyə məqalədə qeyd edilib.

Qeyd edək ki, məqalədə Almaniyanın xarici işlər naziri Annalena Berbokun (Yaşıllar partiyası) Bakıdakı iqlim konfransında aparılan müzakirələr barədə fikirləri də təqdim olunub. O, Bakıda gərgin iqlim müzakirələrinin aparıldığını vurğulayaraq bildirib: “Texniki məsələlərlə bağlı müzakirələrdə müəyyən irəliləyiş var, lakin qarşıdakı bir neçə gündə hələ çox iş görülməlidir”.

Almaniyanın və Avropanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyələşdirilməsində etibarlı tərəfdaşlar kimi öhdəliyinin hələ də qüvvədə olduğunu vurğulayan nazir qeyd edib: “Yeni əsas emissiya istehsalçıları həm istixana qazlarının azaldılmasında, həm də iqlimin maliyyələşdirilməsində məsuliyyətlərini öz üzərilərinə götürməlidir”./Trend/

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see195

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see194

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see160

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri