Almaniya kansleri: Aİ ABŞ ın yeni tariflərinə qətiyyətli cavab verəcək
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı ABŞ-ın yeni tariflərinə cavabı qətiyyətli olacaq.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Davos Dünya İqtisadi Forumunda çıxışında deyib.
“Avropa ərazisinin güc yolu ilə alınması qəbuledilməzdir. Yeni tariflər Transatlantik ölkələrin əsasını sarsıdacaq. Avropa İttifaqının bu tariflərə cavabı müştərək, qətiyyətli və hesablanmış olacaq”, - Fridrix Merts xəbərdarlıq edib.
Almaniya kansleri Qrenlandiya ilə bağlı planlaşdırılan çərçivə razılaşmasını alqışlayıb və bunu "düzgün yol" adlandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ ərazisinə birləşdiriləcəyini dəfələrlə vurğulayıb.
Qrenlandiya üzrə çərçivə sazişi dünən NATO Baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Tramp tərəfindən razılaşdırılıb.
Avropanın bununla razılaşmayacağı təqdirdə isə Aİ ölkələrinə yeni iqtisadi tariflər tətbiq edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 22 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















