Icma.az
close
up
RU
“Sülh Şurasına dəvət Azərbaycanın nüfuzunun dünyada nümayişidir” Deputat

“Sülh Şurasına dəvət Azərbaycanın nüfuzunun dünyada nümayişidir” Deputat

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Azərbaycanın Sülh Şurasına dəvət olunması ilk növbədə hörmət əlamətidir. Eyni zamanda, bu, Azərbaycanın nüfuzunun bütün dünyada nümayişidir. Ölkəmiz artıq beynəlxalq miqyasda güclü dövlət kimi tanınıb”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanın Sülh Şurasına təsisçi üzv olaraq dəvət almasının əhəmiyyəti və bu çərçivədə mümkün töhfələri barədə danışarkən deyib.

Deputat hesab edir ki, bu dəvət, həmçinin Azərbaycanın humanitar missiyasına verilən qiymətdir: “Azərbaycan bir çox ölkələrə, xalqlara öz kömək əlini uzadıb, humanitar dəstək verib, bu, təbii olaraq dünyada yüksək qiymətləndirilir. Azərbaycan Sülh Şurasında iştirak edəcək. Ölkəmiz  hər zaman sülh, humanizm tərkibində olan proseslərdə iştirak edir”.

Deputat deyib ki, Bakının Sülh Şurasında töhfəsi də ilk növbədə humanizmlə, insanlara dəstəklə bağlı olacaq: “Eyni zamanda, Azərbaycan sülhyaratma prosesində də fəaldır. Hazırda Cənubi Qafqazda sülh yaranıb, sülh güclənib və bu Azərbaycan dövlətinin mahiyyətidir”.

ABŞ və Azərbaycan liderlərinin məktub mübadilələrinə də toxunan A.Mollazadə bildirib ki, həmin məktublarda ən diqqət çəkən məqam məhz dövlət başçılarının şəxsi münasibətlərinin yüksək səviyyədə olmasıdır.

Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri