Almaniya kansleri Paşinyana çağırış etdi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Almaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius deyib.
O, liderlərin Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaza təsiri barədə fikir mübadiləsi apardıqlarını qeyd edib:
"Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib və bunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb.
Bu baxımdan rəsmilər həm ikitərəfli münasibətləri, həm də Ermənistanın AB ilə əlaqələrini genişləndirmək imkanlarını qeyd ediblər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 İyul 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















