Almaniya Kansleri: Prezident Tramp və administrasiyası qarşıdakı illərdə dünyanı bir çox sahələrdə gərginlikdə saxlayacaq AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 22 yanvar, AZƏRTAC
“Prezident Tramp və administrasiyası qarşıdakı illərdə dünyanı enerji və iqlim, ticarət, xarici və təhlükəsizlik siyasətində və bir çox başqa sahələrdə gərginlikdə saxlayacaq”.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın Kansleri Olaf Şolts Davos Dünya İqtisadi Forumunda çıxışında deyib.
Prezident Donald Trampın “Öncə Amerika” bəyanatına toxunan Almaniya Kansleri bildirib ki, öz ölkəsinin mənafeyini nəzərə almaqda qəbahət yoxdur: “Biz hamımız bunu edirik. Amma iş burasındadır ki, başqaları ilə əməkdaşlıq və anlayış göstərmək adətən insanın həm də öz maraqlarına uyğundur. Mən bunu Almaniya üçün dəfələrlə demişəm: Almaniyanın ən böyük milli marağı Avropa İttifaqıdır”.
Olaf Şolts avropalıların daxildə güclü olmasının vacibliyini qeyd edib. “Biz bir-birimizlə və bütün dünyadakı tərəfdaşlarımızla birlikdə olmalıyıq. Biz daha rəqabətqabiliyyətli və dayanıqlı olmalıyıq. Bunun üçün imkanımız da var. 450 milyondan çox avropalı icması olaraq bizim iqtisadi çəkimiz var. Təkcə 84 milyon əhalisi olan Almaniya dünyanın üçüncü ən böyük iqtisadiyyatıdır”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Yanvar 2025 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















