Niqabı rəsmən qadağan etdilər
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya parlamenti Baş nazir Ciorcia Meloninin sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və ölkədə ciddi müzakirələrə səbəb olan yeni təhsil qanununu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 19-da Senatda təsdiqlənən sənəd 400 yerlik Deputatlar Palatasında 112 əleyhinə, 142 lehinə səslə qəbul edilərək qanuni qüvvəyə minib.
Yeni qaydalara əsasən, İtaliya məktəblərində şagirdlərin niqab taxması rəsmən qadağan olunur. Bununla yanaşı, siniflərdə italyan dilini kifayət qədər bilməyən əcnəbi şagirdlərin sayına 30 faizlik limit tətbiq edilir və xarici valideynlər üçün italyan dilini öyrənmək məcburi hala gətirilir. Sənəddə həmçinin əlilliyi olan şagirdlərə dəstək, kiberhücumlarla mübarizə və şagirdlərin dərsdən yayınmasının qarşısının alınması kimi tədbirlər də yer alıb.
Təhsil naziri Cüzeppe Valditara qanunu müdafiə edərək bildirib ki, bu addım italyan ailələrinə konkret həllər təqdim edir və hər bir şagirdin təhsildə uğur qazanmaq hüququnu gücləndirir.
Əsas müxalifət qüvvəsi olan mərkəz-sol Demokrat Partiyasının (PD) lideri Elli Şleyn isə qərara sərt reaksiya verib. O vurğulayıb ki, hökumət əcnəbi uşaqları təhsildən kənarda qoyan limit sistemi tətbiq etmək əvəzinə, dağılan məktəb infrastrukturunu bərpa etməli və müəllimlərə sərmayə qoymalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2026 03:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















