Almaniya məzar axtarır Bu tullantılar harada saxlanmalıdır? KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya atom elektrik stansiyalarını (AES) bağlasa da, onların onilliklər ərzində fəaliyyəti nəticəsində toplanmış radioaktiv tullantılar ölkənin qarşısında ciddi problem olaraq qalır. Bu tullantıların xaricə daşınmaması, ölkə ərazisində xüsusi şəraitdə basdırılması qərara alınıb.
KONKRET.az xəbər verir ki, radioaktiv tullantılar üçün daimi basdırılma məkanının axtarışı ilə artıq təxminən on ildir ki, Almaniyanın Radioaktiv Tullantıların Yekun Basdırılması üzrə Federal Cəmiyyəti — BGE (Bundesgesellschaft für Endlagerung) məşğul olur. Araşdırmalar nəticəsində məlum olub ki, Almaniya ərazisinin cəmi 5 faizi belə bir obyektin yerləşdirilməsi üçün potensial baxımdan yararlıdır.
Daimi saxlanc məkanının 2050-ci ilədək müəyyənləşdirilməsi gözlənilir. Bununla belə, bəzi siyasətçilər prosesin daha da sürətləndirilməsinin tərəfdarıdır.
Almaniya bu problemlə üzləşən yeganə ölkə deyil. Atom elektrik stansiyalarının fəaliyyət göstərdiyi və ya əvvəllər istismar olunduğu, ümumilikdə 31 ölkədə nüvə tullantılarının yekun basdırılması məsələsi hələ də tam həllini tapmayıb.
Bu sahədə Finlandiya dünyada ilk nümunəni yaradıb. Ölkənin qərbindəki adada, iki atom elektrik stansiyasından birinin yaxınlığında, yerin təxminən 400 metr dərinliyində nüvə tullantıları üçün xüsusi yeraltı anbar — “Onkalo” inşa edilib. Layihənin həyata keçirilməsi təxminən 40 il çəkib.
Radioaktiv tullantıların daimi basdırılması üçün infrastrukturun yaradılması son dərəcə bahalı prosesdir. Hazırda uyğun ərazinin axtarışı və tullantıların müvəqqəti saxlanc məntəqələrində qorunması Almaniyaya ildə təxminən 1,4 milyard avroya başa gəlir.
Ekspertlərin hesablamalarına görə, nüvə tullantıları üçün nəzərdə tutulan daimi yeraltı anbarın yaradılmasının ümumi dəyəri təxminən 14 milyard avroya çata bilər. Nəticədə təqribən 28 min kubmetr radioaktiv tullantının uzunmüddətli təhlükəsizlik təminatları ilə yerin dərinliklərində saxlanılması nəzərdə tutulur.
Almaniyanın qarşısında duran əsas sual isə təkcə bu tullantıları harada basdırmaq deyil, həm də onların gələcək nəsillər üçün təhlükəsizliyini minilliklər boyu necə təmin etməkdir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















