Trampın seçki koalisiyasında parçalanma Respublikaçılar ondan uzaqlaşır
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Trampın seçki koalisiyasında respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Ağ Ev rəhbərinə dəstəyin davam etdirilməsi ilə bağlı fikir ayrılıqları kəskinləşib.
Azpost.info bildirir ki, bu barədə “Politico” nəşri PF Global şirkətinin keçirdiyi sorğuya istinadən məlumat yayıb.
Araşdırma göstərib ki, MAGA hərəkatının tərəfdarları Respublikaçılar Partiyasının Trampla əlaqələrini daha da gücləndirməsinin tərəfdarıdır. Lakin onun 2024-cü il seçki koalisiyasının digər iştirakçıları prezidentdən məsafə saxlamağa hazırdırlar.
İkinci qrupa daxil olan seçicilərin təxminən hər beş nəfərindən biri hazırkı seçkilərdə Demokratlar Partiyasına səs verdiyini etiraf edib.
Bununla yanaşı, MAGA hərəkatına daxil olmayan Tramp tərəfdarlarının 59 faizi prezidentin seçkilərdə məğlub olduğunu düşünür. Sorğuda iştirak edənlərin təxminən yarısı hesab edir ki, Respublikaçılar Partiyasının namizədləri iqtisadi məsələlərdə Trampdan uzaq mövqe tutmalı idilər.
Fikir ayrılıqları partiyanın rəhbərliyində də özünü göstərib. Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasının Milli Komitəsinin 31 üzvü qanunvericilərə müraciət ünvanlayaraq səsvermənin nəticələrini yenidən nəzərdən keçirməyə çağırıb. Məktubda qeyd olunur ki, respublikaçılar hətta ənənəvi olaraq partiyanın güclü mövqelərə malik olduğu ştat və bölgələrdə belə ciddi məğlubiyyətə uğrayıblar.
N.Talıblı
Post navigationPrevious: Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















