Almaniya MN Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketinin məzmununu açıqlayıb
Icma.az, Aznews.az-ə istinadən, xəbər edir Almaniya MN Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketinin məzmununu açıqlayıb.
![](https://www.aznews.az/storage/2023/01/13/ukrayna_tanki.jpg)
Almaniyadan Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketinə IRIS-T hava hücumundan müdafiə sistemləri, Leopard-1 tankları, həmçinin kəşfiyyat və hücum pilotsuz uçuş aparatları daxildir.
Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mitko Müller keçirdiyi brifinqdə məlumat verib.
“Uzunmüddətli siyahılara daxil etdiyimiz və bu il çatdırılmasını gözlədiyimiz [IRIS-T] SLS və SLM sistemləri. “Söhbət həmçinin döyüş maşınlarından, xüsusən də “Leopard-1” tanklarından, kəşfiyyat pilotsuz uçan aparatlarından və zərbə vuran dronların ilk partiyasından gedir”, - o qeyd edib. Yardım paketi haqqında məlumat "Tagesspiegel" saytında təqdim olunub.
Bundan əlavə, Müller əlavə edib ki, yardım paketinə atıcı silahlar və qış geyimləri də daxildir.
Mövsüm
AzNews.az
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)