Icma.az
close
up
RU
Tramp İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləməkdən imtina edib

Tramp İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləməkdən imtina edib

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Tramp İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləməkdən imtina edib


İsrail may ayında İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırırdı, lakin ABŞ prezidenti Donald Tramp nüvə proqramını məhdudlaşdırmaq üçün Tehranla danışıqların lehinə İsrailin zərbəsini dəstəkləməkdən geri çəkildi.
Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən yazır.
NYT mənbələrinə görə, Trampın qərarından əvvəl onun komandası daxilində aylarla davam edən daxili müzakirələr olub. ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla və milli təhlükəsizlik müşaviri Mayk Uolts ABŞ-ın İsrailin hücumuna necə dəstək verə biləcəyini müzakirə ediblər.
Bununla belə, sonrakı görüşdə Milli Kəşfiyyatın direktoru Talsi Qabbard yeni bir qiymətləndirmə təqdim etdi ki, Amerika silahlarının regionda yığılması potensial olaraq İranla daha böyük bir münaqişəyə səbəb ola bilər ki, bu da ABŞ-ın istəmədiyi bir şeydir. Qabbardın narahatlığını müdafiə naziri Pit Heqset, vitse-prezident J.D.Vens və Ağ Evin Baş Qərargah rəisi Syuzi Uayls səsləndirib.
İranın nüvə obyektlərinə hücum planları hazırlayan İsrail rəsmiləri bəzən ABŞ-ın dəstəyinə nikbin yanaşırlar. NYT mənbələrinin məlumatına görə, zərbələrin məqsədi Tehranın nüvə silahı yaratmaq qabiliyyətini bir il və ya daha çox gecikdirmək olub. Lakin planların demək olar ki, hamısı ABŞ-dan təkcə İsraili İranın cavabından qorumaq üçün deyil, həm də hücumun özünün uğurunu təmin etmək üçün yardım tələb edirdi.
Aprelin 7-də Vaşinqtona gələn İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp ona İsrailin hücumunu dəstəkləməkdən imtina etdiyini bildirib. Eyni zamanda ABŞ prezidenti İranla gözlənilən danışıqları açıq elan edib. Netanyahu görüşdən sonra ibrani dilində verdiyi açıqlamada İran razılaşmasının yalnız bütün nüvə obyektlərinin partladılması və avadanlıqların “Amerikanın nəzarəti və Amerikanın icra etməsilə sökülməsi” şərtilə işləyəcəyini yazıb.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri