Almaniya orbitə 1200 ə qədər kəşfiyyat və rabitə peyki çıxarmağı planlaşdırır
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Almaniya Silahlı Qüvvələri yaxın illərdə kosmosa 1200-ə qədər kəşfiyyat və rabitə peyki göndərə bilər.
Bakıvaxtı.az "Bild" qəzetinə istinadən xəbər verir ki, layihə həyata keçirilərsə, Almaniya "Starlink"dən sonra dünyada ikinci ən böyük peyk donanmasına sahib olacaq.
Qəzet qeyd edir ki, 2030-cu ilə qədər hərbi kosmik uçuşlara ən azı 35 milyard avro investisiya qoyulması planlaşdırılır.
Aerokosmik sənaye nümayəndələri qeyd edirlər ki, ilk müqavilələr iki il ərzində imzalana bilər. İlk peyklərin üç ildən tez olmayaraq buraxılacağı gözlənilir.
Xatırladaq ki, hazırda Yer kürəsinin ətrafında təxminən 15 000 peyk fırlanır ki, bunlardan 10 000-dən çoxu İlon Maskın "SpaceX Starlink" şirkətinə məxsusdur.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 İyul 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















