“Bu təqvimin heç bir məntiqi yoxdur” “Real”dan sərt etiraz
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Real”ın klub televiziyası La Liqanın prezidenti Xavyer Tebası yenidən tənqid edib. Madrid təmsilçisi funksionerin kluba qarşı qərəzli münasibət sərgilədiyini düşünür.
QOL.az xəbər verir ki, bu dəfə narazılığa İspaniya çempionatının oyun təqvimi səbəb olub. “Real” noyabrın 7-də “Valensiya” ilə qarşılaşacaq. Beləliklə, Madrid təmsilçisi Çempionlar Liqasında çərşənbə günü AEK-lə keçirəcəyi oyundan sonra cəmi iki gün istirahət edə biləcək.
Klub televiziyası bu təqvimin ədalətli olmadığını vurğulayıb:
"Çempionlar Liqasındakı bugünkü oyundan sonra “Real”ın şənbə günü meydana çıxmasının heç bir məntiqi yoxdur. Bu matç Tebasın sayəsində belə şəraitdə keçirilir. O, bizimlə sanki litvalıyıqmış kimi davranır".
Qeyd edək ki, “Real”ın Yunanıstanda AEK-ə qarşı keçirəcəyi oyun bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Baxış sayı:78
Bu xəbər 04 Noyabr 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















