Almaniya Paraqvaya qalib gələ bilmədi
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Modern.az xəbər verir ki, pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gəlib.
Oyuna almanlar daha fəal başlasalar da hesabı Paraqvay millisi açıb. 42-ci dəqiqədə Xulio Ensiso başla dəqiq oynayıb: 1:0. İlk hissədə qapılara başqa qol vurulmayıb.
İkinci hissənin əvvəllərində bundestim hesabı bərabərləşdirib. Bu dəfə Kay Haverts topu başla qapıdan keçirib: 1:1.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və matç əlavə vaxta gedib.
Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub.
Penaltilər seriyasında Paraqvay daha dəqiq oynayıb və adını növbəti tura yazdırmağı bacarıb: 4:3.
Paraqvay 1/8 final mərhələsində Fransa-İsveç cütünün qalibiylə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 30 İyun 2026 05:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















