Icma.az
close
up
RU
Almaniya suriyalı qaçqınları geri qaytarmağa hazırlaşır, bəs Türkiyə? (ŞƏRH)

Almaniya suriyalı qaçqınları geri qaytarmağa hazırlaşır, bəs Türkiyə? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə hələlik suriyalı qaçqınların ölkədə qalmasında maraqlıdır. Digər tərəfdən, Ankara həmin qaçqınları geri göndərmək üçün lazımi maliyyə resurslarına da malik deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Almaniyanın ölkədəki Suriya qaçqınlarını geri göndərmək niyyəti fonunda, Türkiyənin də anoloji addım atıb-atmayacağı barədə suala cavabında deyib.  

"Almaniyanın suriyalı qaçqınları geri qaytarmaqla bağlı Dəməşqlə əməkdaşlığı bərpa etməsi hər iki ölkənin maraqlarına uyğundur. Almaniya ilk növbədə suriyalı qaçqınlar arasında olan kriminal ünsürlərin ölkədən çıxarılması ilə daxili asayiş və sabitliyin qorunması sahəsində mühüm addımlar atacaq. Türkiyənin isə suriyalı qaçqınlarla bağlı yaxın dövr üçün Almaniya kimi eyni addımı atacağını gözləmirəm", deyə ekspert bildirib. 

Həmsöhbətimiz qeyd edib ki, Ankara suriyalı qaçqınlarla bağlı məsələdə ehtiyatlı davranır: 

"Türkiyə hələ də suriyalı qaçqınların ölkədə qalmasında maraqlıdır. Çünki Türkiyə geopolitik olaraq Suriyanı öz nəzarətində saxlaya biləcək qüdrətdə olan bir ölkədir. Türkiyə Osmanlı imperiyasının varisidir. Digər tərəfdən, Türkiyə həmin qaçqınları geri göndərmək üçün lazım olan maliyyə resurslarına malik deyil".


Politoloq deyib ki, qardaş ölkə bu gün daha çox Suriya hökumətinin institusional formalaşması, ordu quruculuğu və təhlükəsizliyinə daha çox diqqət yetirir:

Ankaranın hazırki Suriya siyasəti bu ölkəni daha çox geopolitik olaraq qazanmaqdan ibarətdir. Ona görə də Suriyaya münasibətdə müəyyən təsir vasitələrini əlində saxlamaqda maraqlıdır".

Taleh Əliyev bu qənaətdədir ki, Suriyadan olan qaçqınlar geopolitik müstəvidə yanaşsaq, Türkiyə dövləti üçün o qədər də böyük yük deyil:

"Suriyalı qaçqınlar mədəni və sosial fərqlərə görə Türkiyə ictimaiyyəti arasında müəyyən narahatlıq yarada bilər. Amma Türkiyə dövləti həmin problemi haqlı olaraq qabartmır. Çünki bu gün Türkiyə zehniyyətində müsbət tendensiya olan "Türkiyədən böyük Türkiyə” anlayışı var. Bu o deməkdir ki, Türkiyə Osmanlı dövlətinin varisi kimi, keçmiş Osmanlı coğrafiyasındakı vətəndaşlara özünün potensial vətəndaşı kimi baxır".

Qeyd edək ki, Almaniya artıq ölkəsindəki suriyalı qaçqaınları geri qaytarmağa hazırlaşır. Kansler Fridrix Merz deportasiya məsələsini müzakirə etmək üçün əl-Şaraanı Almaniyaya dəvət edib. Dəvətin səbəbi Merzin Suriyadan olan cinayətkarların Almaniyadan deportasiyasını Əhməd əl-Şaraa ilə müzakirə etmək istəyi olub. 

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də bəyan edib ki, hökumət bu il ərzində Suriya ilə deportasiya haqqında razılığa gəlmək niyyətindədir - bu, sığınacaq müraciətləri rədd edilmiş şəxsləri əhatə edəcək. Almaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, avqust ayında ölkədə 951 406 suriyalı yaşayırdı. Onlardan 920 nəfər ölkəni tərk etməyə borclu şəxs kimi qeydiyyata alınıb.

Onu da xatırladaq ki, Suriyalı qaçqınların daha böyük hissəsi Türkiyədə məskunlaşıb. 2023-cü ilin məlumatına görə, Türkiyədə müvəqqəti qoruma altında olan 3 milyon 381 min 429 suriyalı qaçqın olub. Amma 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən üzü bəri 550 min suriyalı qaçqının Türkiyədən könüllü olaraq vətənlərinə qayıtdığı da bildirilir. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see224

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see171

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see141

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see140

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see134

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see131

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri