Icma.az
close
up
RU
Türkiyə qadağan etdi: Bəs Azərbaycan? (ŞƏRH)

Türkiyə qadağan etdi: Bəs Azərbaycan? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə restoranlar, kafelər, şirniyyat dükanları və oxşar qida-içki xidməti göstərən müəssisələrin istehlakçılardan servis haqqı, masa haqqı və digər adlar altında əlavə ödəniş tələb etməsi qadağan olunub.

Qərara əsasən, tarif və qiymət siyahısında göstərilən məbləğlərdən başqa hər hansı əlavə haqqın alınmasına yol verilmir. Restoran, kafe və qida-içki xidməti göstərən digər obyektlərdə istehlakçılardan "servis haqqı”, "masa haqqı”, "örtük haqqı” və ya başqa adlar altında əlavə ödəniş tələb edilə bilməz.

Artıq iki ilə yaxındır ki, Azərbaycanda da restoran, kafe və əyləncə mərkəzlərində istirahətə gedən müştərilərdən "servis”, "masa haqqı” və digər adlar altında əlavə ödənişlər tələb olunur. Qonşu Türkiyədə bu qərar ləğv edilib, bəs Azərbaycanda belə bir addım atıla bilərmi?

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında Azərbaycanda da bu qərarın ləğv olunması ehtimalının mümkün olduğunu vurğulayıb:


"Əgər dövlət hesab etsə ki, bu qərarın ləğvi vacibdir, o zaman məsələ həllini tapa bilər. Edilməyə də bilər. Əhalinin narazılığı artarsa, parlament Mülki Məcəlləyə dəyişiklik edə bilər. Bununla da iaşə obyektlərində əlavə xidmət haqqı yığışdırıla bilər. Amma hələlik Azərbaycanda buna zərurətin olub-olmaması sual altındadır. Dövlətlər suverendir, bu nəzəri baxımdan mümkünsüz deyil".

Xalid Kərimli hesab edir ki, bununla bağlı qanuna dəyişiklik edilərsə, bu, restoranların menyu qiymətlərinə təsir göstərəcək:

"Servis haqqını ləğv etsələr, qiymətləri artıracaqlar. Məsələn, kababa 10 manat qiymət qoyub üzərinə 10% servis haqqı alırdılarsa, indi kabab 11 manata satılacaq".

İqtisadçı Natiq Cəfərli isə bir çox ölkələrdə oxşar yanaşmanın müşahidə olunduğunu xatırladıb:


"Hesaba servis haqqının əlavə edilməsi bəzi ölkələrdə qadağan olunur və Türkiyə də bu yolla gedir. Amma "çay pulu" anlayışını qadağan etmək mümkün deyil, bu, insanların özlərindən asılıdır. Ola bilər ki, hesaba salınmasın, bu praktika Azərbaycanda da geniş yayılmayıb. Düzdür, bəzi yerlərdə hesaba əlavə edirlər. Məsələn, hesab 15 manatdırsa və kimsə əlavə olaraq bir manat "çay pulu" verirsə, bunu necə qadağan etmək olar? Ancaq hesaba məcburi ‘servis haqqı’ əlavə edilməsini qadağan etmək mümkündür".

Natiq Cəfərli bildirir ki, dünyanın bir çox ölkəsində xidmət göstərən ofisiantlara əlavə ödəniş verilməsi yayğındır:

"Bir çox ölkələrdə servis sahəsində çalışanların əksəriyyəti tələbələr olub. Onların gəlirləri aşağı olduğundan belə bir ənənə formalaşıb ki, cəmiyyət onlara dəstək olsun. Məsələn, 10 manat, 10 dollar və ya 10 avro hesab gəlirsə, onun üzərinə bir manat, dollar və ya avro əlavə edilir. Bunu rəsmi şəkildə qadağan etmək olar, amma vətəndaşlar istədikləri qədər "çay pulu" verə bilərlər".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri