525ci qəzet Almaniya suriyalı qaçqınları qəbul etməyi dayandırır
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi suriyalıların sığınacaq üçün müraciətlərinə baxılmasını növbəti xəbərdarlığa qədər dayandırıb.
525.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
“Suriyada vəziyyət mürəkkəbdir və siyasi baxımdan orada baş verəcəkləri proqnozlaşdırmaq çox çətindir. Ona görə də hazırda ciddi qiymətləndirmə aparmaq mümkün deyil”, - deyə idarədən bildirilib.
O da qeyd olunub ki, bu, hələ barəsində qərar qəbul edilməmiş suriyalıların 47270 sığınacaq müraciətinə də aiddir.
Qeyd edək ki, bundan əvvəl Almaniya Xristian Demokrat İttifaqının üzvü Yens Şpan Almaniyanın Bəşər Əsəd rejiminin devrilməsindən sonra vətənlərinə qayıtmaq istəyən suriyalı qaçqınlara kömək etməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, Almaniya hökuməti onlar üçün təyyarə təşkil etməli və 1000 avro start kapitalı ayırmalıdır.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















