Almaniya Ukrayna üçün Amerika silahları ilə bağlı təfərrüatları açıqlamayacaq
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya Ukraynaya tədarük olunacaq Amerika silahları ilə bağlı təfərrüatları hələlik açıqlamayacaq. Axı bu barədə indi açıq danışmaq düzgün yanaşma deyil.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Tagesthemen-ə müsahibəsində bildirib.
Pistorius bildirib ki, Vaşinqtonda o, amerikalı həmkarı Piet Heqset ilə ABŞ-dan mümkün tədarüklərin bütün spektrini müzakirə edib. Lakin o, “Patriot” hava hücumundan müdafiə sistemləri istisna olmaqla, hansı silahların müzakirə olunduğunu dəqiqləşdirməyib.
"Biz qarşıdakı həftələrdə nəticələrin nə olacağı bəlli olana qədər bu sirri saxlamağa razılaşdıq. Bu barədə indi açıq danışmaq yanlış yanaşma olardı. Biz gördüyümüz işdə daha gözlənilməz olmaq istəyirik", - Almaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, iyulun 14-də ABŞ və NATO arasında Avropa ölkələri hesabına Ukraynaya Amerika silahlarının göndərilməsini nəzərdə tutan saziş imzalanıb.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 İyul 2025 07:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















