Almaniya Ukraynaya 1 milyard avrodan çox hərbi yardım ayırır
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya Ukraynaya hərbi ehtiyaclar və energetika sektorunun bərpası üçün 1 milyard avrodan çox yeni yardım paketi ayırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts kiyevli həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.
Yardım paketinə reaktiv PUA-lara qarşı nəzərdə tutulmuş tutucu dronların birgə istehsalının maliyyələşdirilməsi, uzaqmənzilli silahlar, döyüş pilotsuz aparatları və peyk avadanlıqları daxildir. Bundan əlavə, Ukraynanın energetika sektoruna generatorlar, transformator yarımstansiyaları və təmir dəstələrinin təminatı üçün təxminən 350 milyon avro yönəldiləcək.
“Biz bu texnologiyaları sürətlə seriyalı istehsala keçiririk. Bu, Ukraynanın hava hücumundan müdafiə imkanlarını qısa zamanda və hiss olunacaq dərəcədə gücləndirəcək”, — deyə F.Merts qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Oktyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















