Icma.az
close
up
RU
Almaniya Ukraynaya yaşıl işıq yandırır, ancaq yolda heç bir hərəkət yoxdur

Almaniya Ukraynaya yaşıl işıq yandırır, ancaq yolda heç bir hərəkət yoxdur

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın Ukraynaya uzaqmənzilli silahları təhvil verməyə tələsməməsinin səbəbləri barədə danışan Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev bildirib ki, hər bir ölkənin təhlükəyə münasibəti və coğrafi məsafəsi bu qərarlara təsir edir.

Qaynarinfo xəbər verir ki, bu barədə NV portalına verdiyi şərhdə Makeyev qeyd edib.

"Finlərin təhdidi qavraması alman və fransızlardan tamamilə fərqlidir. Məsafə də mühüm rol oynayır. Kimlərsə deyir ki, Ukrayna onlardan uzaqdadır, raketlər onlara çatmaz, üstəlik qarşıda bir neçə ölkə var”.

Diplomatın sözlərinə görə, Almaniya adətən Kiyevin hərbi texnika ilə bağlı müraciətlərinə əvvəlcə mənfi cavab verir, lakin sonradan bu cür qərarları yenidən nəzərdən keçirərək dəstəkləyir.

"Unutmaq lazım deyil ki, Almaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin əsas təminatçılarındandır – artıq üç "Patriot" sistemi, yeddi "IRIS-T", "Skynex"lər, "Gepard"lar göndərilib. Bu silahlar işləyir və rusların irəliləməsini saxlayır”, deyə Makeyev vurğulayıb.

Xatırlatma: Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl bəyan etmişdi ki, ölkəsi artıq əlində olan "Patriot” sistemlərinin dörddə birini Ukraynaya verib və əlavə sistemlərin verilməsi mümkün deyil. Lakin o, Almaniyanın tərəfdaş ölkələrdən bu sistemləri alıb, sonradan Ukraynaya ötürmək yollarını axtardığını bildirmişdi.

"Keçən həftə həmkarlarıma açıq şəkildə bildirdim ki, artıq daha çox sistem verə bilmərik. Amma ABŞ və digər müttəfiqlərə müraciət edirik ki, ya "Patriot", ya da ona bənzər sistemləri versinlər. Biz həmçinin, təklif olunan sistemlərin ödənişini götürməyi də nəzərdən keçiririk, çünki hazırda sürət əsas faktordur və istehsalçıdan uzunmüddətli gözləmə mümkün deyil”, deyə Pistorius izah edib.

Bu arada "The Guardian” nəşri yazıb ki, Almaniya hələlik Ukraynaya "Taurus” raketlərini verməyə hazır deyil. Məlumata görə, bu qərarı Almaniyanın maliyyə naziri Lars Klinqbayl bloklayıb.

Nəşrin qeyd etdiyinə görə, "Berlin hökuməti hazırda strateji qeyri-müəyyənlik mövqeyinə çəkilib və Ukraynaya raketlərin birgə istehsalı üzrə tərəfdaşlıq təklifinə fokuslanıb”.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri