Almaniya viza saxtakarlığı rekord həddə: Azərbaycan vətəndaşları ikincidir
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyaya miqrantların saxta yollarla alınmış vizalarla daxil olma cəhdləri artır.
Almaniya sərhədlərə nəzarəti sərtləşdirib və qeyri-qanuni miqrantların girişini çətinləşdirdikdən sonra, onlar getdikcə daha çox aldadıcı yollarla əldə edilmiş vizalar vasitəsilə ölkəyə daxil olmağa çalışırlar — yəni yalan məlumatlar və uydurma səbəblər əsasında.
Gununsesi.info xəbər verir ki, “BILD” nəşrinin məlumatına görə, viza saxtakarlığı göstəriciləri rekord həddə çatıb.
Almaniya Federal Polisi müəyyən edib ki, bu halların bir çoxu Almaniyada, eləcə də Fransa, Yunanıstan, İtaliya və ya İspaniyada sığınacaq üçün müraciətlərlə “əlaqəlidir”.
“Bundan başqa, qeyri-qanuni miqrantlar qanuni giriş hüququ əldə etmək məqsədilə getdikcə daha tez-tez real əsaslar olmadan “işə düzəlmək və ya təhsilə başlamaq məqsədilə milli Almaniya vizaları” əldə edirlər, — deyə polis nümayəndəsi “BILD”-ə bildirib.
“BILD”-in malik olduğu rəqəmlər dramatikdir. 2025-ci ilin yanvar–oktyabr ayları arasında polis 5 569 cinayət işi açıb ki, bu da bütün 2024-cü il üzrə qeydə alınan göstəricidən (5 578 iş) cəmi bir qədər azdır.
Müqayisə üçün: 2022-ci ildə Almaniyada viza saxtakarlığında şübhəli bilinənlərin sayı cəmi 2 596 idi. Beləliklə, üç il ərzində bu rəqəm iki dəfə artıb.
Viza saxtakarlığında şübhəli bilinənlərin ən böyük qismi Türkiyə vətəndaşlarıdır — bu il 634 nəfər. Daha 526 nəfər Azərbaycandandır. Onları İran (462), Suriya (275) və Əfqanıstan (212) izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















