Icma.az
close
up
RU
Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib VİDEO

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib VİDEO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlində Bundestaq yanında fəaliyyət göstərən nüfuzlu Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda tədbir keçirilib.

Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Tədbir Almaniyanın ICI İnstitutunun və Lüdviq Maksimilian Universiteti tərəfindən təşkil olunub.

Almaniyada bu formatda ilk dəfə təşkil olunan və AFR-in hökumət təmsilçiləri, Bundestaq üzvləri, ekspertlər, jurnalistlər, Almaniyanın siyasi, iqtisadi və elmi həyatında tanınmış şəxslərin iştirak etdiyi tədbirdə, AFR xarici işlər naziri Yohan Vadeful, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, eləcə də Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan çıxış ediblər.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sabiq sədri kimi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə yaxından tanış olduğunu və o zaman hər iki ölkənin səfirləri ilə bu mövzunu mütəmadi şəkildə müzakirə etdiyini diqqətə çatdırıb. Nazir sülh prosesində ötən il əldə olunan nəticələrin hər iki ölkənin böyük nailiyyəti, eləcə də Avropa tarixində mühüm hadisə olduğunu vurğulayıb. Y.Vadeful bu nailiyyətlərin gələcəyə ümidlə baxmağa əsas yaratdığını qeyd edərək bildirib ki, Almaniya bu prosesə bundan sonra da töhfə verməyə hazırdır. Nazir deyib ki, bu sülh hər iki ölkə üçün Avropa İttifaqı ilə sabit və etibarlı münasibətlər qurmaq baxımından da geniş imkanlar yaradır.

Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet çıxışında hər iki ölkənin səfirlərinin iştirakı ilə Berlində belə bir tədbirin ilk dəfə keçirilməsini yüksək dəyərləndirib. O bildirib ki, bu proses təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda, Almaniya üçün də önəmlidir, çünki Mərkəzi Asiyaya yeni nəqliyyat və dəmir yolu əlaqələri açılacaq ki, bu Avropa üçün də vacibdir. A.Laşet, həmçinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən il Azərbaycana və Ermənistana ilk rəsmi səfərində iştirak etdiyini xatırladaraq, ölkəmizin zəngin tolerantlıq ənənələrini və bütün dinlərin nümayəndələrinin dinc şəkildə birgə yaşamasını xüsusi vurğulayıb.

Səfir Nəsimi Ağayev çıxışında bildirib ki, 2020-ci ilin Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyi ilə ölkəmiz regionda davamlı sülh və sabitliyin əldə olunması istiqmətində əməli fəaliyyətə başlayıb. Məhz Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub, sülh sazişinin əsas prinsiplərini irəli sürüb və onun ilk layihəsini təqdim edib. Danışıqlar ikitərəfli formatda aparılsa da, Almaniya xüsusilə həlledici mərhələdə konstruktiv rol oynayıb. Ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitində tərəflər birgə bəyannamə imzalayaraq və sülh sazişini paraflayaraq, münasibətlərdə yeni səhifə açıblar.

N.Ağayev dayanıqlı və hüquqi baxımdan möhkəm sülh üçün Ermənistan Konstitusiyasının sülh sazişinin prinsiplərinə tam uyğunlaşdırılmasının, Azərbaycana qarşı bütün ərazi iddialarının tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Səfir, sülhün gücləndirilməsi istiqamətində Azərbaycanın son aylarda atdığı konkret addımları diqqətə çatdırıb, həmçinin parlamentlər və vətəndaş cəmiyyətləri arasında dialoqun gücləndiyini qeyd edib.

TRIPP marşrutunun önəminə toxunan N.Ağayev bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz əlaqənin bərpasını nəzərdə tutan bu marşrut sülhü ortaq iqtisadi maraqlarla daha da möhkəmləndirəcək. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir ki, bu da Avropa və Almaniya üçün təchizat zəncirlərini yaxşılaşdıracaq. N.Ağayev bu marşrutun yaradılması üçün öhdəliklərin tam və vaxtında icrasının vacibliyini qeyd edib.

Çıxışlardan sonra səfirlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Tədir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri