Almaniya XİN rəhbəri ilə Azərbaycan Ermənistan sülh gündəliyi müzakirə edildi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri öz X hesabında paylaşım edib.
“Biz Azərbaycan-Almaniya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləyişi, digər əsas regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq.
Həmçinin, avqustda Vaşinqtonda keçirilən tarixi sammitin regionda və ondan kənarda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətindən danışılıb”, - C.Bayramov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Almaniya və Ermənistan XİN başçıları sülh sazişini müzakirə edib
20 Noyabr 2024 13:13
Mirzoyan Rumıniyanın XİN rəhbəri ilə Azərbaycan Ermənistan münasibətlərini müzakirə edib
29 Sentyabr 2025 12:04
Almaniya XİN rəhbəri Ermənistandadır
19 Noyabr 2024 22:29
Niderland XİN rəhbəri Ermənistan Azərbaycan sərhədinə gəlib
13 Mart 2025 11:07
Baxış sayı:91
Bu xəbər 23 Sentyabr 2025 05:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















