Almaniya yığmasının futbolçuları pivə oğurluqda ittiham olunur
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Almaniyanın U-21 yığmasının oyunçuları gənclər arasında Avropa çempionatının Fransa ilə keçirilən yarımfinal oyunundan sonra 15 pivə bakal oğurlamaqda ittiham olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, oyundan sonra Almaniya yığmasının avtobusuna stadion əməkdaşı - göz yaşları içində olan qadın yaxınlaşıb və telefonla komandanın şəkillərini çəkməyə başlayıb. Stadionun meneceri isə bildirib ki, oyunçular təxminən 15 bakal pivə oğurlayıb.
"Yəqin elə zənn ediblər ki, bunlar pulsuzdur. Amma belə deyil. Buna görə də əməkdaşımız avtobusa daxil oldu. O, fotoşəkil sübutları əldə etmək istəyirdi", deyə stadion rəhbəri bildirib.
Almaniya yığmasının nümayəndələri isə bildiriblər ki, qadın mətbuat zalına bir neçə bakal pivə gətirib və onların ehtimalına görə, bunlar hakimlər üçün nəzərdə tutulub.
"Daha sonra orada boş bakallar qalmışdı və qəfildən yoxa çıxdılar - yəqin kimsə onları götürüb. Görünür, həmin qadın bizim oyunçuların onları özləri ilə apardıqlarını düşünüb", deyə alman komandasından bildirilib.
Qeyd edək ki, qarşılaşma Slovakiyanın Koşitse şəhərindəki stadionda baş tutub və Almaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. /Qaynarinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 28 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















