Almaniyada azarkeş VAR monitorunu söndürdü
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Almaniyanın II Bundesliqasında keçirilən “Preussen Münster” – “Herta”(Berlin) oyununda maraqlı hadisə baş verib.
İdman.Biz xəbər verir ki, görüşün ilk hissəsinin sonunda Berlin klubunun xeyrinə penalti təyin olunub.
Baş hakim Feliks Bikel əvvəlcə meydan sahiblərinin cərimə meydançasında qayda pozuntusunu qeydə almayıb. Lakin VAR hakimi Katrin Rafalski epizodda qayda pozuntusu olduğunu bildirərək referini monitora baxmağa çağırıb. Bu zaman maskalı “Preussen” azarkeşinin VAR monitorunun elektrik kabelini çıxardığı məlum olub, buna baxmayaraq hakim videoassistentlərin qərarına əsasən penaltini təyin edib və Fabian Reze zərbəni dəqiq yerinə yetirib.
Qarşılaşma “Hertha”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















