Sükanı olmayan taksilər üçün yeni addım: Mask planını açıqladı
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
ABŞ-nin "Tesla" şirkəti "Cybercab" robototaksisinin istehsalını artırmaq məqsədilə 2027-ci ildə Texasdakı "Gigafactory" zavodunda "Cybertruck" elektrik pikapının istehsalını azaltmağı planlaşdırır.
Avrosfer.az-ın xəbərinə görə, bu barədə "Tesla"nın rəhbəri İlon Mask "X" hesabında paylaşım edib.
"Gələn ilin ortalarında "Tesla" "Gigafactory Texas" zavodunda "Cybertruck" istehsalını tədricən azaltmağa başlayacaq. Məqsəd "Cybercab" istehsalını artırmaq üçün əlavə istehsal gücü ayırmaqdır", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, İlon Mask "Cybercab" robototaksisini 2024-cü ilin oktyabrında təqdim edib. O bildirib ki, bu avtomobillər tam avtonom olacaq və sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz edilməyəcək.
Maskın sözlərinə görə, sahibkarlar üçün bir robototaksinin qiyməti 30 000 dollar təşkil edəcək. Xidmətdən istifadə edən sərnişinlər isə səfərin hər mili (təxminən 1,6 kilometr) üçün 30-40 sent ödəyəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Noyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















